Azercell mükəmməl rabitə, sağlam əhali və təmiz ekologiya uğrunda çalışır

: Azercell
Azercell

Ətraf mühit üçün yararlı “yaşıl” stansiyaların sayı artır

 

Ölkəni ən etibarlı və keyfiyyətli mobil rabitə ilə təmin etməklə yanaşı, enerjiyə qənaət edən, sərfəli və təmiz, həm də tükənməz enerji mənbəyi olan günəşdən yararlanmaqla böyük stansiyalar bazasında işləmək. Ilk baxışdan mümkünsüz görünsə də, ətraf mühitin mühafizəsinə böyük önəm verən ölkənin lider mobil operatoru Azercell Telekom şirkəti üçün artıq belə iş rejimi adi hala çevrilməkdədir.

Radio baza stansiyaları mənbə aldığı elektrik enerjisinin kəsintisi zamanı akkumulyatorları yanacaqla işləyən generatorlar vasitəsilə işə düşür. Bu zaman havaya müəyyən miqdarda karbon qazı atılır. Ətraf mühitin təmiz saxlanılmasına diqqət yetirən Azercell maksimum səviyyədə ekoloji zərərsiz olmaq niyyətindədir. Bu səbəbdən Azercell hazırda Northern Automation şirkəti ilə birgə hibrid enerji sistemlərinin tətbiqinə keçid üzərində çalışır. Xatırladaq ki, hələ 2009-cu ildə Azercell ölkədə və regionda günəş enerjisi ilə çalışan ilk “yaşıl” radio baza stansiyasını işə salmışdı. Əvvəlkilərə nisbətən yeni Litium akkumulyatorlar daha tez – cəmi 2,5 saata tam enerji ilə dolur. Bu da cihazın yarımçıq halda işə düşməsinin qarşısını alır, cihazın uzunömürlü olmasına təsir göstərir. Bundan əlavə, Litium akkumulyatorları yüksək temperaturlara da davamlıdır. Adi akkumulyatorlar maksimum 25 dərəcə istidə çalışdığı halda, yeniləri 45 dərəcədə normal işləyir və kondisionerə ehtiyac olmur. Bu da generatoru az işlədir və yanacaq sərfi azalır.

 

Artıq Azercell tərəfindən 2 belə akkumulyator alınıb və yerlərdə quraşdırılıb, sınaq testləri aparılır. Hazırda Güzdək və Cəlilabadın Ağusəm kəndindəki RBS-lərdə məhz belə akkumulyatorlar fəaliyyət göstərir. Bundan əlavə, Azerell tamamilə elektrik enerjisinin iştirakı olmadan, günəş enerjisi ilə çalışan iki ədəd yeni sayt da quraşdırıb. Huawei şirkəti ilə birgə quraşdırılan bu stansiyalar gündüz yalnız günəş enerjisi hesabına işləyir. Adi qaydada bir generator ay ərzində 200 saat işləyib 500 litrdən çox yanacaqdan istifadə edir. Günəş enerjisi ilə işləyən saytlarda isə generator 6 ay ərzində cəmi 30 saat işləyərək 75 litr yanacaq sərf edib.

 

Qeyd edək ki, ekologiyanın qayğısına qalaraq abunəçilərini yüksək keyfiyyətli şəbəkə ilə təmin etmək üçün ən müasir avadanlıqlardan istifadə edən Azercell hazırda ölkə üzrə ümumilikdə 4932 2G/3G/4G radio baza stansiyasına və 1464 ikinci daşıyıcı stansiyaya malikdir və bu saytların sayı daim artırılır. Təkcə bu ilin avqustunda 60-a yaxın yeni radio baza stansiyası quraşdırılıb.

 

Beləliklə, Azercell nəinki rabitə keyfiyyətini mükəmməlləşdirir, həmçinin yaşıl RBS-lərin sayını artırmaqla Azərbaycan xalqının sağlamlığını və gələcəyini düşünür, ətraf mühiti qoruyur və  hər kəsi belə təşəbbüslərə qoşulmağa çağırır. 

Məqalə Qiyməti