YAP-da elmi-nəzəri konfrans

Müstəqilliyin qazanılmasında və möhkəmlıəndirilməsində Heydər Əliyevin rolundan danışılıb

YAP Mingəçevir şəhər təşkilatı mayın 27-də Respublika Günü münasibəti ilə bağlı elmi-nəzəri konfrans keçirib. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov Azərbaycanın növbəti müstəqilliyinin qazanılmasında və möhkəmlıəndirilməsində Heydər Əliyevin əvəzsiz rolundan danışıb. O. Bildirib ki, dövlətimizin bu günkü uğurlarının təməlində ulu ödərin siyasəti durur: “Bu gün Heydər Əliyev siyasətini uğurla həyata keçirən İlham Əliyevin ətrafında sıx birləşməliyik və Prezidentin həyata keçirdiyi hər bir layihədə ona öz işimiz və əməlimizlə dəstək olmalıyıq”.
Mingəçevir Texniki Hümanitar Liseyinin tarix müəllimi Aytən Mehdiyeva “Xilaskarlıq missiyası ilə başlanan güclü dövlət və yüksəliş siyasəti” , Mingəçevir şəhər tam orta məktəbin direktor müavini Sevinc Həsənova “İnkişafın Azərbaycan modelinin banisi”, Azərbaycan Müəllimlər İnsititu Mingəçevir filialının müəllimi, 6 saylı ərazi ilk partiya təşkilatının sədr müavini Aygün Qədirova “Müasir Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin siyasətinin davamının nəticəsidir” mövzularında çıxış ediblər.
YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının müavini Ramiz Əliyev də konfransa qatılıblar.

Yaqub Hüseynov

YAP-da elmi-nəzəri konfrans

Məqalə Qiyməti