Elman Mehdiyev Yevlaxda qəbul keçirib

Sığorta ödəyiciləri və pensiyaçılar narahat olduqları məsələləri və təkliflərini DSMF-nın sədrinə çatdırıblar

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Yevlaxda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Qəbula gələn Yevlax, Mingəçevir və Naftalan şəhərlərinin, Goranboy, Bərdə, Tərtər, Ağdam və Xocalı rayonlarının sakinləri əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya təyinatı, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Görüş zamanı, həmçinin əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması və digər məsələlər barədə çoxsaylı təklif və şikayətlər dinlənilib. DSMF bölgə şöbələri rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı 40-dək vətəndaşın müraciətinə baxılıb. Elman Mehdiyev vətəndaşları narahat edən problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlarını verib.

Esmira

Məqalə Qiyməti