İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu

Sakinlər son illər aparılan geniş miqyaslı quruculuq-abadlıq və yenidənqurma işlərinə görə razılıqlarını bildirsələr də onları narahat edən problemləri də dilə gətiriblər

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Nyazi Bayramov şəhərin sağ sahil qəsəbəsində sakinlərlə görüşüb. Sakinlər son illər aparılan geniş miqyaslı quruculuq-abadlıq və yenidənqurma işlərinə görə razılıqlarını bildirsələr də onları narahat edən problemləri də dilə gətiriblər. Qeyd edilib ki, binaların dam örtüyü bərbad və zirzəmilər natəmiz vəziyyətdədir, qəsəbədə Kapitalbankın bankomatının quraşdırılmasına, tibb məntəqəsinin açılmasına ehtiyac var.
İH başçısı N.Bayramov deyib ki, Mingəçevirdə 950 bina var və onlar sovet dönəmindən tikilən binalardır, onların dam örtüyü mütamadi olaraq dəyişdirilir”.
Başçı irəli sürülən təkliflərin araşdırılması və icrası üçün əlaqədar təşkilat rəhbərlərinə tapşırıqlar verib. Səyyar qəbulda Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağırov iştirak edib.

Esmira

Məqalə Qiyməti