“Şərəfli ömrün hekayəsi\"

YAP-çı qadınlar Zərifə xanımı yad etdilər

24 aprel 2015-ci ildə YAP Mingəçevir təşkilatının Qadınlar Şurası şəhərdəki Heydər Əliyev Mərkəzində akademik, görkəmli oftolmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar “Şərəfli ömrün hekayəsi” adı ilə elmi-nəzəri konfrans keçirib. Öncə konfrans iştirakçıları akademikin həyat və yaradıcılığından bəhs edən filmi seyr ediblər.
Mingəçevir şəhər “Tələbə” Poliklinikasının baş həkimi, YAP şəhər təşkilatı Qadınlar Şurasının sədri Nurcamal Əsgərova Zərifə xanımın ömür yolundan, fəaliyyətindən danışıb. O, qeyd etdi ki, Zərifə xanımın dərin, mənalı ömrü, şərəfli həyat yolu həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının müəllimi, filologoya elmləri üzrə fəlsəfə doktoru Rahilə Məmmədova, YAP ŞT Qadınlar Şurasının üzvü Dilşad İlyasova, Mingəçevir Politexnik İnstitutunun müəllimi, texniki elmlər üzrə fəlsəfə doktoru Kifayət Məmmədova və 13 saylı orta məktəbin direktoru, Əməkdar müəllim Tünzalə Seyidova böyük şəxsiyyət haqqında fikirlərini bölüşüblər.
Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov Zərifə xanım Əliyevanın Azərbaycanda oftolmologiya elminin inkişafında böyük xidmətlərindən, oftolmologiya sahəsində imza atdığı yeniliklərdən, uğurlardan danışıb.

Yaqub Hüseynov

“Şərəfli ömrün hekayəsi"

Məqalə Qiyməti