YAP-çı qadınlar Novruz şənliyində

Nurcamal xanım qadınların ictimai-siyası həyatındakı fəal mövqeyindən də danışıb

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası Mingəçevir şəhər təşkilatının üzvləri Novruz bayramı münasibəti ilə musiqili-əyləncəli tədbir keçiriblər. Təşkilatın sədri Nurcamal Məmmədova bütün müsəlman dünyasının bahar bayramını təbrik edib, dünyaya sülh və əmin-amanlıq arzulayıb.
Nurcamal xanım qadınların ictimai-siyası həyatındakı fəal mövqeyindən də danışıb. Bildirib ki, gənc nəslin milli ruhda tərbiyə olunmasında qadınlarımızın əvəzsiz rolu var: “Biz qadınlar bütün dünyada sülh, əmin-amanlıq istəyirik”.
Tədbirə qatılan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov bildirib ki, şəhərimizin fəal qadınları ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq, ölkənin sosial-iqtisadi, elmi-intelektual potensialının artırılmasına əvəzsiz töhfələr verirlər.
Səhiyyə, təhsil ocaqlarında, idarə və müəssisələrdə çalışan və tədbirdə iştirak edən başqa qadınlar da arzularını bildiriblər. Tədbir şən musiqi sədaları altında başa çatıb.

Esmira Hidayətova

 YAP-çı qadınlar Novruz şənliyində

Məqalə Qiyməti