YAP Şəhər Təşkilatını 22 yaşı oldu

:
 

YAP Mingəçevir təşkilatının yaranmasının 22-ci ildönümü münasibəti ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP ŞT-nın birgə təşkil etdikləri tədbirdə ölkəmizin keçdiyi tarixi inkişaf yolundan söz açılıb.

Bildirilib ki,Yeni Azərbaycan Partiyası ötən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyətimizdə baş verən mürəkkəb siyasi hadisələrin daxili məntiqindən, zamanın təxirə salnımaz tələbindən irəli gələn və xalqımızın arzu və istəklərini ifadəçisi kimi yaranan mütəşəkkil siyasi bir təşkilatdır. Yarandığı gündən YAP-ın ümumimilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla təsdiq edilən əsas proqram məramı Azərbaycanın Dövlət Müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub.
Bu əlamətdar gün münasibəti ilə siyasi həmfikirlərini təbrik edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov hakim partiyanın cəmiyyətimizdəki mühüm roluna toxunub. Bildirib ki, 22 il ərzində böyük inkişaf yolu keçən Mingəçevir təşkilatında 6734 üzv birləşir: “Onların 3948-i qadın, 2053-ü gənclərdir. Hər il partiya sıralarına yeni gənclər daxil olur”.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov çıxış edərək, Yeni Azərbaycan Partiyası üzvlərinin fəal rolundan və inkişafdan danışıb: “Ötən illər ərzində Aərbaycanı uğurlu gələcəyə aparan YAP lideri İlham Əliyevin rəhbərliyi altında ölkədə hər sahədə dinamik inkişafa nail olunub. O cümlədən şəhərimiz də günü-gündən böyüyür, inkişaf tempi artır. Yaxın günlərdə şəhərimizə prezidentin gəlişi və Mingəçevirdə 5 yeni obyektin açılışı gözlənilir. Avropa oyunlarına ev sahibliyi edəcək şəhərimizə 40 yaxın ölkənin idmançıları gələcək”.
Tədbirdə YAP Mingəçevir şəhər təşkilatı İdarə Heyətinin üzvləri də fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər. Tədbirin sonunda bir qrup fəal partiya üzvü fəxri fərmanla təltif olunub. Partiya sıralarına yeni daxil olan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Esmira Hidayətova

Məqalə Qiyməti