Polis Akademiyasınasənəd qəbulu başlanıb

Polis  Akademiyasınasənəd qəbulu başlanıb

Polis olmaq üçün təhsil almaq arzusunda olanların nəzərinə!

2015/2016-cı tədris ilində Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında təhsil almaq arzusunda olan tam orta təhsil məktəblərinin buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, hərbi xidmətə çağırışcı kimi qeydiyyata alınmış (qızlar istisna olmaqla) 16 yaşdan 18 yaşadək (cari ilin avqust ayının 1- dək 16 yaşı tamam olacaq və həmin ayın 31-dək yaşı 18-ə çatmamış) vətəndaşların müvafiq olaraq, 2015- ci ilin yanvar ayının 21- dən fevral ayının 28-dək ərizələrin qəbulu həyata keçirilir.
Ərizə və sənədlərin qəbulu 2015- ci ilin yanvar ayının 21-dən fevral ayınin 28-dək (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək Mingəçevir şəhər polis şöbəsinin kadrlar qrupunda aparılır.
Əlavə məlumat üçün əlaqə telefonu : (024) 275-48-89

Mingəçevir şəhər Polis Şöbəsi

Məqalə Qiyməti