Girov ailələrinə haradan ev veriləcək?

Girov ailələrinə haradan ev veriləcək?

[b]Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin, eləcə də düşmən tərəfindən qətlə yetirilən Həsən Həsənovun ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət başçısı müəyyən tapşırıqlar verib. Prezidentin göstərişi ilə girovların ailələrinə mənzil veriləcək

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, hazırda bu istiqamətdə işlər görülür:

“Girov ailələrinə harada ev verilməsi məsələsi ilə bağlı işlər davam etdirilir. Müşfiqabad və Mehdiabad qəsəbələrindəki qaçqın və məcburi köçkünlər üçün salınan şəhərciklərdə girov ailələrinə ev verilməsi məsələsi hələ ki, dəqiq deyil. Bu məsələ dəqiqləşdirildikdən sonra açıqlama veriləcək”.

Qeyd edək ki, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bir neçə gün öncə açıqlama verib. Bildirib ki, Azərbaycan prezidenti girovların ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşıq verib.

Məqalə Qiyməti