YAP-ın 22 illiyi Mingəçevirdə qeyd olunub

:
 


Çıxış edənlər son 22 ildə ölkədə dinamik inkişafa nail olunduğunu bildiriblər

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi münasibəti ilə YAP Mingəçevir şəhər təşkilatı yığıncaq keçirib.Öncə tədbir iştirakçıları Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, ulu öndərə dərin ehtiramlarını bildiriblər. ŞT-nın sədri Cavanşir Yusubov və Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov YAP-nın yaranma tarixi, inkişaf mərhələləri və ictimai-siyasi həyatında H.Əliyevin müstəsna rolundan danışıb, YAP-nın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə dinamik inkişafa nail olunduğunu bildiriblər. ŞT-nın İdarə Heyətinin üzvlərindən Nurcamal Əsgərova, Ramiz Kərimov və başqaları bayram günü münasibəti ilə ürək sözlərini və təbriklərini çatdırıblar.

Sonda yeni qəbul olunan partiya üzvlərinə vəsiqələr təqdim edilib.

Yaqub Hüseynov

Məqalə Qiyməti