“Müşahidəçi qruplar Seçki Komissiyasına köməklik üçün yaradılıb”

:
 


Mingəçevirdə bələdiyyə seçkilərinə hazırlıqla bağlı seminar keçirilib

“18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin gedişini müşahidə etmək, seçkiqabağı təşviqatda iştirak etmək, seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ — aktiv seçki hüququ vardır. Aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşları, o cümlədən bu Məcəllənin 44-cü maddəsində göstərilən xarici vətəndaşlar müşahidəçi qismində çıxış edə bilərlər. Müşahidəçi qruplar Seçki Komissiyasına köməklik üçün yaradılıb”
Bu fikirləri Mərkəzi Seçki Komisiyasının üzvü Qabil Orucov Mingəçevir şəhər Bələdiyyəsində keçirilən tədbirdə deyib. Yığıncaq MDB Parlamentlərarası Assambleyası Şurasının katibliyi və onun Beynəlxalq Monitorinq İnsitutunun Bakı filialının 2014-cü ilə dair iş planına uyğun olaraq, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinə hazırlıq və onun keçirilməsinin monitorinqi üçün müşahidəçilərin hazırlanması üzrə təlim”lərə həsr olunub. Natiq həmçinin bildirib ki, müşahidəçilər qanunla nəzərdə tutulmuş məsafədən nəzarət edir. Nöqsan aşkarlandıqda dərhal aktlaşdırılır və müşahidə edən şəxs öz təkliflərini verir. Müşahidəçinin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, habelə onun göndərildiyi seçki komissiyasının (komissiyaları), eləcə də maraqlarını təmsil etdiyi qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun, qeyri-hökumət təşkilatının adı göstərilən lövhəciyi olmalıdır.
Seminarda Milli Məclisin Regional Məsələlər üzrə Komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək bildirib ki, respublikamızda 3 növ seçki keçirilir: “Bunlardan ən mürəkkəbi bələdiyyə seçkisidir. Çünki daha çox adam iştirak edir. Məsələn, təkcə Mingəçevir şəhərində 19 bələdiyyə üzvünün seçilməsi üçün azı 57 namizəd ola bilər, onların da hər biri 150-dən az olmayaraq imza toplamalıdıır”.
“Şəhərimiz dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşır. İcra Hakimiyyəti başçısının sərəncamına uyğun olaraq, bütün seçki məntəqələrinə baxış olub. Onların hamısı fasiləsiz enerji və rabitə ilə təmin olunub, rahat şəraitə malikdir. Təkcə bu il 100 küçədə, 160 binada köhnəlmiş ad lövhələri yeniləri ilə əvəzlənib. Namizədlərin seçicilərlə seçkiqabağı görüşü üçün açıq və qapalı yerlər ayrılıb”. Bu fikirləri i İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov deyib.
Seminarda MDB PA Şurasının nümayəndəsi Dmitri Georgiyeviç, Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər qonaqlar çıxış edərək, seçkilərin ədalətli və şəffaf keçirələcəyinə inandıqlarını bildiriblər.

Aytən Kosayeva

“Müşahidəçi qruplar Seçki Komissiyasına köməklik üçün yaradılıb”

Məqalə Qiyməti