Səyyad Aran Mübariz Qurbanlıdan danışdı


Səyyad Aran Mübariz Qurbanlını komitənin sədri vəzifəsinə ən layiqli namizəd kimi dəyərləndirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran quruma yeni sədr təyinatına münasibət bildirib.

İyulun 21-də prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edib. Bundan əvvəl komitənin sədri Elşad İskəndərov olub. Elşad İskəndərov bu il mayın 2-də komitə sədrliyindən azad edilib. Həmin vaxtdan komitə sədrinin səlahiyyətlərini sədrin birinci müavini Səyyad Aran həyata keçirib.

Mi-news.az xəbər verir ki, “Media forum” saytına açıqlamasında Səyyad Aran Mübariz Qurbanlını komitənin sədri vəzifəsinə ən layiqli namizəd kimi dəyərləndirib:

“Bu, çox gözəl təyinatdır. Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə ən layiqli namizəddir. Mübariz Qurbanlının dövlətçilikdə böyük xidməti var, Azərbaycan parlamentarizminin tanınmış nümayəndələrindən biridir. Eyni zamanda keçdiyi həyat təcrübəsi, elmi səviyyəsi və digər xüsusiyyətləri onu bu vəzifəyə yüzdə-yüz layiq edir”.

Məqalə Qiyməti