Mübariz Qurbanlı Dini Qurumlarla iş Komitəsinin sədri oldu


Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb

Sənədə əsasən, Mübariz Qəhrəman oğlu Qurbanlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, bu vəzifəni mayın 2-dək Elşad İskəndərov icra edirdi. O, prezidentin sərəncamı ilə bu vəzifədən azad edilmişdi.
AzVision.az

Məqalə Qiyməti