Onlardan biri prezident olacaq


Türkiyənin Mərkəzi Seçki Komisiyası (YSK) prezidentliyə namizədlərin rəsmi sayını açıqlayıb

Mi-news.az türk mətbuatına istinadan xəbər verir ki, rəsmi məlumata görə, prezidentliyə 3 nəfərin namizədliyi qeydə alınıb.
Onlar baş nazir Rəcəb Tayyib Ərdoğan, müxalifətin vahid namizədi Ekmələddin İhsanoğlu və Səlahəddin Dəmirtaşdır.
YSK bəyan edib ki, prezident seçkiləri avqustun 10-da keçiriləcək. İlk mərhələdə qalib müəyyən edilməsə təkrar seçkilər avqustun 24-ə təyin edilib.

Məqalə Qiyməti