6 rayon bizə qaytarılır


ABŞ-ın Ermənistandakı səfiri Con Heffern şərt qoyub

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün birinci növbədə ətraf rayonlar Azərbaycana qaytarılmalıdır”. ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın ətraf rayonlarının Azərbaycana qaytarılması münaqişənin həlli istiqamətində təqdim edilən 6 prinsipdən biridir.
“Dağlıq Qarabağ münaqişəsi məlum 6 prinsip əsasında həll edilməlidir. Bunun başqa variantı yoxdur. Laçın dəhlizi istisna olmaqla Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılmalıdır”, deyə Heffern bildirib.
Səfir onu da bildirib ki, ətraf rayonlar Azərbaycana qaytarıldıqdan sonra ermənilərin təhlükəsizliyini təmin etmək üçün bölgəyə büynəlxalq sülhməramlılar yerləşdiriləcək.

Məqalə Qiyməti