Eduard Şevardnadze vəfat etdi


Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze 87 yaşında vəfat edib

AzVision.az xəbər verir ki, E.Şevardnadze Tiflisdəki evində dünyasını dəyişib.
1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri olub.
1995-2003-cü illərdə Gürcüstan Respublikasının prezidenti olub.
2003-cü ildən sonra özünün Tiflisdəki evində yaşayıb. O, Mixail Saakaşvilinin siyasətini tənqid edib. \"Gürcü arzusu\" koalisiyasının siyasətini dəstəkləyib.
2006-cı ildə gürcü dilində onun \"Gələcək və keçmiş haqqında düşüncələr\" adlı memuarları dərc edilib

Məqalə Qiyməti