“Oğlum qatil ola bilməz” – Orxan Zeynalovun anası


“Mənim oğlum qatil ola bilməz, o Yeqor Şerbakovu qətlə yetirməyib”

Bu sözləri Orxan Zeynalovun anası Yasəmən Zeynalova deyib. O, yenə də qətiyyətlə bildirir ki, onun oğlu Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməyib.

Yasəmən Zeynalova əlavə etdi ki, oğlu Moskvada saxlanılandan bu yana onunla heç bir əlaqə qura bilməyib. İstintaq və məhkəmə proseslərindən ancaq televiziya vasitəsi ilə xəbər tuta bilirlər.

Ana tezliklə ədalətin bərpa olunacağına ümid edir.

Rusiyalı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Orxan Zeynalovun atası Zahir Zeynalov isə oğlunun məhkəmə prosesi ilə bağlı suala cavab verməyib. Zahir Zeynalov hadisə baş verən zaman media qarşısına çıxaraq çoxsaylı açıqlamalar versə də bu dəfə çəkiliş qrupumuzu soyuq qarşıladı və oğlunun işi ilə bağlı danışmaqdan imtina etdi.

Qeyd edək ki, Orxan Zeynalovun ailəsi Şəmkirin Abbaslı kəndində yaşayır.

Xatırladaq ki, ötən il Moskva sakini Yeqor Şerbakovu Biryulovo rayonunda qətlə yetirilib. Həmin qətl hadisəsi üzrə Rusiyanın hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşı Orxan Zeynalovu saxlayıb. Yeqorun sevgilisi və hadisənin şahidi Kseniya Popova da qatilin Orxan olduğunu iddia edir. Orxan Zeynalov isə məhkəmədə son ifadəsində qətldə iştirak etmədiyini və hadisə vaxtı başqa şəhərdə olduğunu deyib.(Ans)

Məqalə Qiyməti