Pilot rayonlarda icbari tibbi sığortanın tətbiqi uğurla davam edir

: Mingəçevirdə  və Yevlaxda əhali icbari tibbi sığortanın tətbiqindən razıdır
Mingəçevirdə və Yevlaxda əhali icbari tibbi sığortanın tətbiqindən razıdır

Mingəçevirdə  və Yevlaxda əhali icbari tibbi sığortanın tətbiqinin faydalarından  razılıq edir


Verilən məlumata görə, bu həftə ərzində pilot ərazilərin 3 sakini əməliyyat olunub: "Döş qəfəsində ağrı və təngənəfəslik şikayəti ilə Yevlax rayon sakini Vahid Əliyev Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib, aparılan müayinələr nəticəsində xəstəyə ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya diaqnozu qoyulub. Xəstənin bir dəfə miokard infarktı keçirdiyi, ürəyin atım fraksiyasının kritik səviyyədə aşağı olması onun təcili aorta koronar şuntlama əməliyyatına (açıq ürək əməliyyatı) göstəriş olub və əməliyyat uğurla həyata keçirilib. Hazırda xəstənin vəziyyəti stabildir, stasionarda müalicəsi davam edir".

Prezident İlham Əliyevin Fərmanına əsasən, pilot ərazilərdə rəsmi qeydiyyatda olan şəxs kimi Vahid Əliyev icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edib.

Qeyd edək ki, bu, pilot ərazilərdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı həftə ərzində edilən 3-cü həyati vacib, dəyəri yüksək olan əməliyyat təminatıdır. Digər iki əməliyyat - invaziv yolla ürək damarlarının angioplastikası və invaziv yolla periferik damarların angioplastika əməliyyatları da uğurla icra olunub. Agentliyin icbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov xəstəni ziyarət edib, səhhəti ilə maraqlanıb.

 Mingəçevir və Yevlax şəhərlərində səhiyyə sistemində geniş şəkildə  istifadə edilən icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Azərbaycanın səhiyyə sisteminin inkişafına xidmət edəcək bu sistem səhiyyəmizi köklü sürətdə dəyişəcək.Bəs, əhali bu sistemdən necə yararlanır  sualı ilə Mingəçevir şəhər xəstəxanasında sorğu keçirdik.Onu da qeyd edək ki, bu gün gördüklərimizə inamaq çətin olardı desək yanılmarıq.Belə ki, xəstəxanada əhali əlindən göyə iynə atsaydıq,  sözün əsl mənasında  yerə düşməzdi. İlk olaraq müayinə üçün sahə həkiminə müraciət edən şəhər sakinlərindən Qurbanova Svetlana sualımıza cavab olaraq bildirdi ki, uzun illərdir baş ağrısından əziyyət çəkir: “Günüm həkimlərdə keçirdi. Aldığım məvacib ancaq həkimlərin cibinə gedirdi. Amma bu sistem tətbiq olunandan sonra heç bir qəpik də pul ödəmədən rahat gəlib müayinə olunuram. İradım  apteklərdə satılan dərmanlardandır . Dərmanların da  keyfiyyəti yaxşılaşsa, lap yaxşı olardı...”

Digər müsahibimiz  heç bir yerdə işləməyən  şəkər xəstəsi İbrahimova Gülafət İbrahim qızıdır:  “Ən yüksək şəkər  xəstəsiyəm . Neçə vaxtdır ki, həkimə gəlmək istəyirəm, amma imkansızlıq ucbatından gəlmirdim. Eşitdim ki, səhiyyə pulsuzdur. Sözün düzü, bu xəbərə çox sevindim. Həkimin qəbulunda oldum, cox saq olsunlar, bir şəhər sakini kimi bu sistemi tətbiq edənlərə minnətdarlığımı bildirirəm. Amma dərmanlar çox bahadır və dərmanların özü yox əvəzedicilərini  alırıq”.

Daha sonra doğum şöbəsində olduq. Əhalinin ən yaralı yeri olan doğum şöbəsi. Xəstəxanada hər cür şərait yaradılıb.Xəstələr onlara göstərilən qulluqdan razılıqlarını bildirdilər.Gənc ana, dünyaya yeni uşaq gətirən Aynurə Əliyeva bildirdi ki,3 gündür xəstəxanadadır: : “Dünyaya sağlam bir oğlan uşağı da gətirmişəm.Hər cür şəraitlə təmin olunmuşuq .Həkim, tibb bacıları başımıza pərvanə tək dolanırlar”.

Şəhər sakini Xəyalə Abdullayeva isə deyir ki, dünən axşam dünyaya yeni övladını gətirmək üçün xəstəxanaya gəlib: “Əvvəlcə gələndə bir az tərəddüd keçirdim. Çünki bu mənim ikinci doğuşumdu. Bundan əvvəl burada belə bir hal görməmişdim. İndi gördüklərim tamam başqadır. Bir qəpik pulumuz çıxmadı. Nə uşaq bələyən, nə xadimə, nə də həkim pul söhbəti etmir. Bu da bizim kimi imkansız ailələrin xeyrinədir. Həm də şərait çox yaxşıdır, gündə 3 dəfə yeməklə təmin olunuruq”.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasını Doğum şöbəsinin müdiri Həqiqət Əzizova ilə də görüşdük. Həqiqət xanım bildirdi ki, müraciətlər əvvəlkinə nisbətən çoxalıb: “8-10 doğuş iki-üç gün ərzində olur. Bu sistem Yevlax və Mingəçevir əhalisi üçün şamil olunsa da ətraf rayonlardan- Goranboy, Bərdə, Ağdaş, İsmayıllıdan da  xəstələr bizə müraciət edirlər. Əgər onlardan təcili doğuşa ehtiyacı varsa,  onlara da burada digər xəstələr kimi qulluq olunur. Digərlərini isə planlı şəkildə məlumatlandırıb  yaşadıqları yerlərə göndəririk”.

Doğum şöbəsinin  qarşısında nəvə, nəticə gözləyən  valideyinlər də bu sistemin tətbiqindən razılıqlarını bildirdilər. Suqra Vəliyeva deyir ki, gəlini  bu gün ana olub. “İnandırım sizi heç evdən yemək də gətirməyə qoymadılar.  Bildirdilər ki, burada xəstələr gündə 3 dəfə yeməklə təmin olunurlar.Rahat şəkildə burda əyləşib xəstəmizin vəziyyəti ilə maraqlanırıq. Allah Prezidentimizin canını saq eləsin ki, bizim kimi imkansız ailələrin qayğısına qalır. Sözün düzü, bundan əvvəl  gəlinlərə deyirdim ki, hərəniz bir uşaq dünyaya gətirin, Çünki bir uşağın xəstəxana xərcləri büdcəmizə təsir edirdi.İndi gəlinlərə demişəm ki,daha bir neçə uşaq dünyaya gətirə bilərsiniz”.

Ulturasəs müayinə həkiminin qapısını ağzında qələbəlik var idi. Həkimlə görüşdük . O bizə bildirdi ki, bir gündə 30-40 xəstə qəbul edir: “Bu sizi yormurmu sualına həkim bildirdi ki, yorulsaq da işimizdir, canla-başla xəstələri qəbul edirik”.

Sonda icbari tibbi sığortanın nümayəndəsi Aytən Nadirova ilə  görüşüb əhalinin şikayət və təkliflərini öyrəndik .Aytən xanım bildirdi ki, qaynar xətt vasitəsi ilə bizə həm şikayətlər, həm də xahişlər olur: “Biz bu şikayət və xahişlərlə bağlı Mingəçevir və Yevlaxda işləyən bütün tibb işçilərini məlumatlandırırıq. Əgər onlar qanuna tabe olmasalar, barələrində hüquq-mühafizə orqanlarına şikayət edirik. Hələlik xəstəxanamıza müraciət edən ətraf rayonların əhalisi üçün də pulsuz xidmət göstərilir. Həkimlər də canla-başla xəstələrə xidmət göstərir”.


Məqalə Qiyməti