İTS bizə nə verəcək?

: MDU-da icbari sığorta məsələləri müzakirə olunub
MDU-da icbari sığorta məsələləri müzakirə olunub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri MDU-da

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Mingəçevir Dövlət Universitetinin professor, müəllim və tələbə heyətilə görüşüblər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktor köməkçisi Nurlan Məmmədov tədbirin məramı barədə məlumat verib.  Bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2007-ci il tarixli 2592 nömrəli Sərəncamı ilə yaradılıb. Agentliyin Əsasnaməsi və strukturu Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 765 nömrəli Fərmanı ilə təsdiq olunub.

Nurlan Məmmədov qeyd edib ki, İcbari Tibbi Sığorta (İTS) Azərbaycanda milli səhiyyə sistemini təkmilləşdirmək məqsədilə dövlət tərəfindən həyata keçirilən sosial layihədir. İTS-nin əsas məqsədi, Azərbaycan vətəndaşlarının sağlamlıq vəziyyətinin qorunması və yüksəldilməsi, əmək qabiliyyətinin və aktiv uzunömürlülüyünün təmin edilməsinə yönləndirilmiş keyfiyyətli, etibarlı, müasir standartlara cavab verən tibbi xidmətlərin göstərilməsinə və əlçatan olmasına zəmanət verəcək universal və dayanıqlı səhiyyə sistemini təşkil etməkdir.

N.Məmmədov vurğulayıb ki, əhalini və tibb müəssisələrini maarifləndirmək, həmçinin yeni səhiyyə sistemini təşviq və təbliğ etmək məqsədilə pilot ərazilərdə – Mingəçevir şəhərində və Yevlax rayonunda İTS-nin ilkin tətbiqi nəzərdə tutulur. Gələcəkdə isə səhiyyənin yeni modelinin mərhələli şəkildə bütün ölkə üzrə tətbiq edilməsi planlaşdırılır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari Tibbi Sığorta şöbəsinin müdir müavini Sadiq Mədətov qeyd edib ki, Mingəçevir iqtisadi potensialı olan şəhərdir. İqtisadi imkanların yüksəlməsi əhalinin həyat səviyyəsinə, o cümlədən səhiyyə xidmətlərindən istifadəsinə də təsir göstərir. Mingəçevirin icbari tibbi sığortada pilot seçilməsi də şəhərin iqtisadi imkanlarına, Azərbaycan iqtisadiyyatında oynadığı rola bağlıdır.

Daha sonara Sadiq Mədətov İcbari Tibbi Sığortanın baza zərfi haqqında söhbət açıb. Qeyd edib ki, zərfə təqribən 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Lakin dövlət proqramları tərəfindən dəstəklənən bir sıra xəstəliklərin müalicəsi İTS-in baza zərfinə daxil edilməyib. Gələcək illərdə həmin xəstəliklər üzrə də təminat verməyin nəzərdən keçirildiyini bildirən şöbə müdirinin müavini İTS-in pilot rayonlarda tətbiqi başa çatdıqdan sonra mərhələli şəkildə bütün ölkə ərazisində tətbiq olunacağını vurğulayıb.

S.Mədətov tədbir iştirakçılarına izah edib ki,  İTS çərçivəsində vətəndaşlar hansı xidmətləri əldə edəcəklər, İTS haqqında nələri bilməlidirlər, İTS-nin tətbiqi əhalinin sağlamlıq səviyyəsinə necə təsir göstərəcək və tibb işçilərinə İTS-nin tətbiqi nə verəcək.  

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, Təhlil və İT şöbəsinin sektor müdiri Tural Qulu bildirib ki, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi baxışlarından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan bütün insanlar icbari tibbi sığortadan faydalanmaq hüququna malik olacaqlar: “İcbari tibbi sığorta sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi, əhalinin bütün təbəqələrinin zəruri tibbi xidmətlərdən istifadəsinin əlçatanlığının artırılması, əhalinin sağlamlığının qorunması və yaxşılaşdırılması məqsədi ilə tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində tədbirlərin görülməsi işimizin əsas fəaliyyət mexanizmidir. Xəstəxanalarda idarəetmənin dəyişdirilməsi, səhiyyə sektorunun mövcüd beynəlxalq standartlara uyğun olaraq yenidən təşkili, səhiyyə iqtisadiyyatının səmərəliliyinin artırılması, dövlət və özəl xəstəxanalar arasında şəffaflıq və rəqabət mühitinın yaradılması, agentlik tərəfindən aparılan islahatlar qeyd olunan məqsədlərə nail olunmasına xidmət edəcəkdir”. 

Məqalə Qiyməti