“Günəşli”dən bezib, “Şaqan”a gəldi

Əvvəlki sanatoriyadan fərqli olaraq, bu pansionatda qayda-qanunun, səliqə-sahmanın, həkim diqqətinin və məsuliyyətinin şahidi oldu

 

Hörmətli redaksiya, bu il iyulun 18-də müalicə almaq məqsədilə  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Günəşli” nevroloji sanatoriyasına gəldim. Güman edirdim ki, Mərdəkan qəsəbəsində yerləşən bu sanatoriyada  yaxşı müalicə alacaq, əsəblərimi sakitləşdirəcəyəm. Amma əksinə oldu. Orada səhhətim günbəgün pisləşdi, çünki  insana diqqətsizliklə üzləşdim.  Yeməkxananın arxa tərəfinin, Nizami Gəncəvinin heykəlinin yan-yörəsinin zibil yerinə çevrilməsi, otaqlarda isti və soyuq suyun tez-tez kəsilmısi, yeməklərin keyfiyyətinin aşağı olması  məni narahat etdiyindən  baş həkim Cabbar Ağayarova iradlarımı bildirdim və vaxtından əvvəl, avqustun 1-də sanatoriyanı tərk etdim.

Bundan sonra Əzizbəyov rayonun Şağan qəsəbəsindəki Müharibə Əlilləri üçün Müalicə Pansionatının direktoru Pərvanə xanım Hacıyevaya müraciət etdim. O, məni axıradək dinlədi və elə həmin gün pansionata götürərək, respublikanın tanınmış həkimi, nevropotoloq Dilşad xanım Qasımovanın yanına göndərdi. Pansionatda fizioterapevtik müalicə üsulları ilə müalicə xidməti göstərilir  Burada ən yüksək səviyyədə müalicə olundum. Əvvəlki sanatoriyadan fərqli olaraq, bu pansionatda qayda-qanunun, səliqə-sahmanın, həkim diqqətinin və məsuliyyətinin şahidi oldum. Həm Pərvanə, həm də Dilşad  xanımın hamı ilə həssas, nəzakətli davranması diqqətimdən qaçmadı.

Mən uzun illər müxtəlif vəzifələrdə çalışmışam, hüquq təhsili almışam, ağı qaradan seçməyi bacarıram. 1989-93-cü illərdə Ağdamda yaşayarkən Heydər Əliyevə dəstək məqsədilə bir çox alsiyaların təşkilatçısı və iştirakçısı olmuşam, bu gün də qəlbən ulu öndərin kursunu müdafiə edənlərdənəm.   Əgər kimsə öz iş yerində ləyaqətlə çalışırsa, elə bu, ulu öndərin ruhuna hörmətdir. Belə hörməti qazanan Pərvanə Hacıyeva və Dilşad Qasımovaya, pansionatın digər həkimləri Leyla Mustafayeva, Məlahət Cəfərova, Məlahət Əliyeva, tibb   bacılarından Mehriban, Zülfiyyə xanımlara, məsul işçilərdən Kamalə və Nərminə xanıma, Vüsal müəllimə mətbuat vasitəsilə məmim minnətdarlığımı çatdırmağınızı xahiş edirəm. Nazir Səlim Müslümova isə belə kadrlarına görə hədsiz  təşəkkürümü bildirirəm.

 

Məqalə Qiyməti