Yeni təhlükə -Yaxın Şərq Respirator sindromu əsas

:
 

MERS zoonoz viruslara aiddir. Heyvanlardan insanlara keçir. Virusun haradan əmələ gəlmə səbəbləri aydınlaşdırılmayıb

 

Yaxın Şərq Respirator sindromu (ingiliscə Middle East Respitotory syndrome, MERS) konorovirus ailəsinə aid olan yeni növ virus tərəfindən törədilən tənəffüs orqanlarının iltihabi xəstəliyidir. Rəsmi olaraq, “Yaxın Şərq Respirator sindromu koronovirusu” (MERS-CoV) adlandırılmışdır.

MERS infeksiyasının kliniki görüntüləri, simptomsuz və ya yüngül respirator simptomlardan başlamış, ağır respirator xəstəliyə və ölümə qədər dəyişə bilər.  Xəstəliyin tipik mənzərəsi yüksək temperatur, öskürək və təngənəfəslikdir. Həmişə olmasa da, adətən pnevmaniya əmələ gəlir. Diareya olmaqla, mədə-bağırsaq simptomları da qeyd olunur. Xəstəliyin ağır hallarında tənəffüsün dayanması baş verir. Bu da ağ ciyərlərin mexaniki ventilyasiyasını və reanimasiya şöbəsində yardım göstərilməsini tələb edir. Qeydə alınanların təxminən 36%-i ölür. Çox güman ki, virus yaşlı adamlarda, immuniteti zəifləmiş şəxslərdə, xərçəng, xroniki ağ ciyər xəstələrində və diabet kimi digər xroniki xəstələrdə xəstəliyin daha ağır keçməsinə səbəb olur.

MERS zoonoz viruslara aiddir. Heyvanlardan insanlara keçir. Virusun haradan əmələ gəlmə səbəbləri aydınlaşdırılmayıb, amma virusun müxtəlif genomlarının analizinin nəticələrinə əsasən güman olunur ki, o, yarasalar arasında əmələ gəlmişdir və bir müddət əvvəl dəvələrə ötürülmüşdür. Xəstəliyin heyvanlardan insanlrara keçməsi tamam təsdiqini tapmayıb. Lakin heyvan mənşəli yoluxma mənbələrində dəvələr əsas sahib rezervurlarıdır. Xəstəliyin indentik ştamları Misirdə, Omanda, Qətərdə və Səudiyyə Ərəbistnında diaqnozlaşdırılmışdır. İnsandan insana bu virus asanlıqla keçmir. Bunun üçün yaxından təmasda olmaq əsas şərtdir. Məsələn, qoruyucu vasitələr olmadan infeksiyalaşmış pasiyentə tibbi yardım göstərmək. Tibb müəssisələrində infeksiyalara qarşı profilaktik tədbirlərin kifayət qədər aparılmaması da xəstəliyin baş verməsinə səbəb ola bilər. Virus adətən Ərəbistan Yarmadasının, xüsusən də Səudiyyə Ərəbistanının ərazisində daha çox yayılıb (hadisələrin 85%-dən çoxunda). Yaxın Şərqdən kənarda da xəstəlik qeydə alınmışdır. Əksər xəstəlik hadisələrində pasiyentlər infeksiyaya Yaxın Şərqdə yoluxmuşlar, regiondan çıxandan sonra xəstələnmişlər. Yaxın Şərqdən kənarda Koreya Respublikasında xəstəliyin alovlanması hələ də davam edir.

Hal-hazırda nə konkret müalicə yolu, nə də xəstəliyə qarşı peyvənd yoxdur. Müalicə yalnız pasiyentin kliniki vəziyyətinə uyğun aparılır. Ferma, bazar, heyvanlar, xüsusən də dəvələr saxlanılan yerlərə gedərkən, ümumi gigiyenik qaydalara əməl etmək zəruridir. Heyvanlara toxunmamışdan əvvəl və sonra əlləri müntəzəm yumaq və həmçinin xəstə heyvanlarla əlaqədən çəkinmək vacibdir. Qida rasionuna çiy və ya kifayət qədər bişməmiş süd və ət məhsullarının salınması insanlar arasında müxtəlif mikroorqanizmlərlə yoluxma riskini artırır.

Dəvə südü və əti dəyərli ərzaq məhsullarından sayılır. Pasterizasiya olunduqdan, kulinar hazırlıqdan və digər üsulla termiki emaldan sonra  təhlükəsiz qəbul oluna bilər.         

Tibb işçiləri xəstəliyə yoluxmamaq üçün xəstələrə tibbi xidmət və qulluq zamanı fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər.

Nə qədər ki, MERS-CoV –un təbiəti öyrənilməmişdir, diabeti olan şəxslər, böyrək çatışmazlığı, xroniki ağ ciyər xəstələri, immuniteti zəifləmiş insanlar MERS-lə yoluxduqda ağır gedişli xəstəlik riskinə məruz  qalmışlara aid olunacaqlar. Onlar dəvə ilə təmasdan, çiy dəvə südü və içməkdən, həmçinin termiki emaldan keçməmiş dəvə əti ilə qidalanmaqdan cəkinməlidirlər.

Hər hansı bir şəxs özündə və ətrafindakılarda MERS əlamətlərini hiss edərsə, o, vaxtında müalicəyə başlanılması  və sağ qalması üçün mütləq həkimə müraciət etməlidir.

 

 

 

Məqalə Qiyməti