At güclü təpik zərbəsi ilə Yevlax rayon sakinini nokauta salıb

Atla ehtiyatsız davranış   2002-ci il təvəllüdlü Yevlax rayon sakininə baha başa gəlib. O, ciddi xəsarət alaraq xəstəxanalıq olub.

Hadisə Yevlax rayonunun Aşağı Bucaq kəndində baş verib. Belə ki,   15 yaşlı kənd sakini Roman Əkbər oğlu Heydərov atın  qəfil hücümuna məruz qalıb. Atın  zərbə endirəcəyini hiss edən  Roman dirsəkləri ilə  az da olsa zərbənin gücünü aşağı salmaqla özünü qorumağa çalışıb. Amma atın güclü zərbəsi öz işini görüb. Zərbə onun qarın nahiyəsini tutub və necə deyərlər, yeniyetməni  nokauta salıb.

 Təcili olaraq Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılan Roman Heydərova  qarın nahiyəsinin qapalı travması, çanaq sümüklərin zədələnməsi diaqnozu ilə tibbi müdaxilə olunub. Hazırda durumu kafi olaraq dəyərləndirilir.

Məqalə Qiyməti