Düzəltdiyi təkər təkərçının başına bəla oldu.

Hadisə  Mingəçevir şəhər Avtovağzalının yanındakı maşın təmiri  sexinin qaynaq bölməsində baş verib.  Çıxarılmış halda  Kamaz markalı maşının dolu  təkərinin diskində qaynaq  edərkən qaynaqçı bədbəxt hadisə ilə üzləşıb.Təkər partlayıb və disklə birgə usta -1966-cı il təvəllüdlü  Ağdaş rayon Qobustü kənd sakini Hacı Sürəcəddin oğlu Məmmədovun   sifət nayihəsinə çırpılıb.Təcili olaraq Mingəçevir Mərkəzi Xəstəxanasına  çatdırılan ustaya   göz qapağının çapılmış sıyrıq yarası, burun və alın sümüklərinin sınıq yaraları daqnozu ilə Acil şöbəsində  tibbi müdaxilə olunub.Cərrah Kamran Qafarov tərəfindən aparılmış əməliyyat uğurla başa çatdırılıb.Hazırda xəstənin vəziyyəti  kafi olaraq qiymətləndirilir.

Məqalə Qiyməti