Mingəçevir şəhərində dönərçini iş yerində elektrik cərəyanı vurdu

: Dönər bişirən Anar Həsənlinin həyatını xilas etmək mümkün olmadı
Dönər bişirən Anar Həsənlinin həyatını xilas etmək mümkün olmadı

Hadisə şəhərin "Sahil parkı" ərazisində yerləşən "Baku" restoranında  qeydə alınıb.

Belə ki, restoranda dönərçi işləyən Yevlax rayonunun Aran qəsəbəsinin sakini, 1986-cı il təvəllüdlü Anar Rəhim oğlu Həsənlini elektrik cərəyanı vurub. İlkin ehtimala görə, hadisə elektrik enerjisinə qoşulmuş dönər aparatının nasaz olması səbəbindən baş verib.  Anar Həsənlini dərrhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum ailəli olub, 3 azyaşlı uşağı var. 

Məqalə Qiyməti