Azərbaycan qazı lazerlə mühafizə olunacaq


TANAP layihəsi çərçivəsində təhlükəsizlik üçün texnologiyanın təmin etdiyi son imkanlar istifadə ediləcək.

Trans Anadolu qaz boru kəməri layihəsi çərçivəsində təhlükəsizlik üçün texnologiyanın təmin etdiyi son imkanlar istifadə ediləcək.
Mi.news-un ANS Press-ə istinaden verdiyi məlumatına görə, TANAP-ın 1085 kilometrlik hissəsində xüsusi mühafizə sistemi qurulacaq. Sistem stansiya, bina və nəzarət otaqlarına girişi təmin edəcək. Otaqlara giriş ağıllı kartlarla ediləcək. Məhdud sahələrə giriş isə yalnız şəxsi kod vasitəsi ilə mümkün olacaq. Giriş zamanı cihaz tanıma sistemi də qurulacaq.
İcazələr olmadan boru xəttinə müdaxilədən mühafizə olmaq məqsədiylə \"boru xəttinə icazəsiz daxil olma\" və \"ətrafa nəzarət\" sistemlərindən istifadə ediləcək. Təhlükəsizliyi təmin etmək üçün optik sensor kabellərdən və lazer skanerlərdən ibarət bir sistemdən də istifadə olunacaq.
Şübhəli hadisələr zamanı isə həyəcan siqnalı veriləcək və təhlükəsizlik kameraları lazım olan əraziyə yönləndiriləcək.

Məqalə Qiyməti