“Sosial tərəfdaşların məşğulluq xidmətində rolu”


Göyçay rayonunda bu mövzuda tədbir keçirilib.

Göyçay rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə 28 idarə və təşkilatın nümayəndəsi iştirak edib. Rayon Məşğulluq Mərkəzinin direktoru Namiq İsmayılov işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi istiqamətində həyata keçirilən məşğulluq tədbirlərindən, bu istiqamətdə işəgötürənlərin rolundan danışıb. O, qeyd edib ki, yerli məşğulluq orqanları işsiz və iş axtaran vətəndaşları münasib işlə təmin etməyi, işəgötürənə onun tələbinə uyğun işçi təqdim etməyi bacarmalıdır.
İşəgötürənlər Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununun müvafiq bəndlərinin pozulmasına görə inzibati cərimələr barədə məlumatlandırılıb. Eyni zamanda məşğulluq strategiyasının uğurla həyata keçirilməsi üçün idarə, müəssisə, təşkilatlarla işgüzar və qarşılıqlı əlaqələrin qurulmasının vacibliyinə toxunulub.

Şahnəzər Bəşirov

Məqalə Qiyməti