Jurnalistlər üçün iş məkanı

Mingəçevir Media Mərkəzi yeganə məkanlardandır ki, burada siz tədbirdə iştirak edə və bu barədə dərhal material hazırlaya bilərsiniz. Bunun üçün sadəcə qeydlərinizi götürüb, İcma Məlumat Mərkəzinə keçir və kompyuteri işə salırsınız. Siz Media Mərkəzdə sürətli internet, müasir kompyuterlər və işiniz üçün lazım olan məlumatlar tapa bilərsiniz. Sizin öz noutbukunuzda rahat işləməyiniz üçün bizim ofisdə simsiz internet də mövcuddur.

 
Konfrans otağı

Konfrans otağı teatr tərtibatında 60 nəfər tuta bilir və mətbuat konfransları üçün çox əlverişlidir. Konfranslar və müxtəlif tədbirlər üçün digər tərtibatlar və formatlar da mümkündür. 

Tədbir keçirmək istəyirsiniz? Bizə müraciət edin, qiymətlər, imkanlar və güzəştlər barədə maraqlanın.

Təlim otağı

Media Mərkəz sizə təlimlər üçün əlverişli məkan təklif edir. Tərtibatdan asılı olaraq təlim otağımız müxtəlif sayda iştirakçı tuta bilər..
 
Media kafe

Media kafe dincəlmək, yayda sərinləşdirici içki, qışda isti çay ya kofe içərək maraqlı söhbət etmək üçün əlverişli məkandır.

Biz sizə yüksək keyfiyyətli içkilər, kofe və çay təklif edirik.

Məqalə Qiyməti