Xidmətlərimiz

Mətbuat konfransları

Mingəçevir Media Mərkəzi mətbuat konfransları və digər media tədbirləri üçün layiqli məkan və xidmətlər təklif edir. Biz eyni zamanda mətbuatda işıqlandırma və mətbuatla əlaqələr də təklif edirik.

Xidmətlərimiz:
milli çap və elektron media nümayəndələrinin dəvəti
səfirlik, xarici nümayəndəliklər və QHT nümayəndələrinin dəvəti
öncədən hazırlanmış siyahılar əsasında xüsusi qonaqların dəvəti
press reliz və fotoların hazırlanması
tədbirləriniz haqqında məqalələrin hazırlanması və yayımı
mətbuatla əlaqələr
texniki dəstək

Mətbuat konfransı keçirmək istəyirsiniz? Bizə müraciət edin.

Debatlar

Media Mərkəz sosial əhəmiyyətli mövzulara dair mütəmadi debatlar təşkil edir. Biz inanırıq ki, canlı, provokativ və intellektual müzakirələr ictimai rəyə müsbət təsir göstərir.

Biz insanları dinləməyə, sual verməyə və hətta ən qəliz məsələləri sorğuya tutmağa çağırırıq - lakin dözümlülük və anlayış göstərməyi də yaddan çıxarmamağı yada salırıq. Biz jurnalistləri, siyasətçiləri, ekspertləri və ictimaiyyəti belə debatlarda iştirak etməyə və öz rəylərini səsləndirməyə dəvət edirik.

Bizim debatlar ənənəvi Oksford üslübunda keçirilir - bir tərəf lehinə, digər tərəf əleyhinə çıxış edir. Spikerlərimiz məşhur media və düşüncə adamları, siyasətçilər, dövlət xadimləridir. Debatlarımız moderasiya olunur, lakin hamı üçün bərabər şəkildə öz fikrini səsləndirməyə imkanlar da yaradılır.

Debatlar üçün maraqlı ideyanız var? Bizə yazın.

Jurnalistika təlimləri

Mingəçevir Media Mərkəzi jurnalistlər və media idarəçiləri üçün kurslar və masterklasslar təşkil edir. Biz tələbata uyğun və media sektorundakı son yeniliklərlə üzləşən təlim kursları təşkil edirik.

Beynəlxalq təşkilatlar, yerli və xarici ekspertlərlə birlikdə biz aşağıdakı sahələr üzrə təlim kursları keçiririk:

Onlayn jurnalistika
İntervyu sənəti
Mənbələrlə iş
Sosial reportyorluq / xəbər jurnalistikası
Araşdırma jurnalistikası
Xəbərçilik
Təlimlərdə maraqlısınız? O zaman bizə müraciət edin.

Monitorinq və araşdırma

Mediada işıqlandırılma, mövzuların izlənilməsi və ya reklamla bağlı araşdırma zaman Media Mərkəz sizin üçün media monitorinq də apara bilər.

Televiziya

Milli televiziya kanallarının monitorinqi
Məzmunun beş ballıq sistem üzrə dəyərləndirilməsi
Təhlil olunan məzmunun uzunluğu və televiziya proqramlarında tutduğu yeri
Reklam və elanların monitorinqi

Gündəlik və həftəlik qəzetlər

Gündəlik və həftəlik qəzetlərin monitorinqi
Dərc olunmuş məqalələrin dəyərləndirilməsi
Məqalələrin arxivi
Cavab tələb edən məqalələrin müəyyənləşdirilməsi

Öz ehtiyaclarınız və maraqlandığınız məsələlər barədə bizimlə əlaqə saxlayın.

PR və Kommunikasiya

Təlimlər

Peşəkar təlim və seminarlar vasitəsi ilə sizə aşağıdakıları öyrədə bilərik:

Strateji kommunikasiya
qeyri-kommeriya fəaliyyəti üçün PR
Mesajın hazırlanması
Sosial marketinq
Media ilə əlaqələr
Hökumətlə əlaqələr
Maliyə vəsaitlərinin tapılması
Qrant müraciətlərinin hazırlanması
Korporativ sosial məsuliyyət

Sizin müraciətiniz əsasında bizim konsultantlarımız sizin tələbinizə uyğun olaraq müvafiq təlim kursu hazırlayırlar.

Konsultasiya

Media Mərkəz sizin üçün mükəmməl PR strategiyası hazırlaya, mesajınızı hədəf auditoriyaya çatdıracaq üsullar təklif edə, istənilən böhran üçün həll yolları tapa bilər. Biz PR auditindən başlayaraq xırda detallara qədər sizə uyğun plan və strategiya seçirik.

Bizim tövsiyyələrimizə daxildir:

PR auditi
kommunikasiya strategiyası
uğurlu media əlaqələri
mətbuat üçün açıqlama və pres relizlər
korporativ sosial məsuliyyət
digər PR üsulları

Marketing və reklam

Öz məhsulunuz və ideyanızı təbliğ etmək üçün yaxşı strategiya axtarışındasınız?

Biz sizə aşağıdakı xidmətlərimizi təklif edə bilərik:

Brendin auditi
Araşdırma
Strateji planlaşdırma
Marketinq planının hazırlanması
Kreativ inkişaf planı
Tədbirlərin idarə edilməsi
Digər xidmətlər

Resurslar

Mingəçevir Media Mərkəzi sizə resurslara, məlumat bazalarına və tədqiqat materiallarına çıxış verir

İnternet külli miqdarda informasiyaya çıxış versə də, onun vacib hissəsi heç də ödənişsiz deyil. Jurnalistlər üçün bir çox lazımi informasiya - insanlar və şirkətlər haqqında məlumatlar, aparıcı institutların ölkə hesabatları və sair çox zaman ancaq abunəçilər üçün nəzərdə tutulur.

Media Mərkəzi sizə bu tipli informasiyalara çıxış əldə etməyə yardımçı olacaqdır. Maraqlananlar bizə müraciət edə bilərlər.

Məqalə Qiyməti