Bizim qaydalar

Mingəçevir Media Mərkəzində Tətbiq Olunan Qaydalar

Mingəçevir Media Mərkəzi bütün media tədbirlərinin təşkil edilməsi üçün açıqdır və bu tədbirlərdə hər kəs iştirak edə bilər. Mərkəzin mütsəqilliyini və siyasətdən kənar mövqeyini təmin etmək və qoruyub saxlamaq üçün biz Mərkəzdə aşağıdakı qaydaları müəyyənləşdirmişik.

1. Məsuliyyətdən imtina

Mərkəzin bütün tədbirləri hər kəs üçün açıq olmasına baxmayaraq, bu o demək deyildir ki, Mərkəz həmin tədbirlərdə ifadə edilən hər bir fikirlə razıdır. Buna görə də Mingəçevir Media Mərkəzində tədbir keçirmək istəyən hər bir şəxs və ya təşkilat tədbir ərzində səslənən bütün fikir və bəyanatların Mingəçevir Media Mərkəzinin mövqeyini deyil,  yalnız tədbirdə çıxış edənlərin və iştirakçı qonaqların möqveyini ifadə etdiyini qəbul etdiyini təsdiqləyən müqaviləni imzalamalıdır.

Mingəçevir Media Mərkəzi Mərkəzdə səslənən fikirlərə görə heç bir məsuliyyət daşımır və üzərinə öhdəlik götürmür.  Mərkəzdə təşkil olunan mətbuat konfranslarında Azərbaycan qanunvericiliyinə əməl edilməlidir.  Misal üçün, tədbirlərdə zorakılığa və ya qeyri-qanuni fəaliyyətə çağırış edilməsi qadağandır.

2. Kimlər Media Mərkəzində tədbir təşkil edə bilər?

Hər kəs. Mingəçevir Media Mərkəzində nazirliklər, parlament üzvləri, yerli hakimiyyət orqanları, səfirliklər, beynəlxalq təşkilatlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, özəl şirkətlər, fiziki şəxslər və s. Bu tədbirlərin media nümayəndələri üçün açıq olması şərtdir.

3. Tədbir iştirakçılarının siyahısını əvvəlcədən müəyyənləşdirmək olarmı?

Siz öz tədbrinizə arzuladığınız şəxsləri dəvət etmək barədə azadsınız. Lakin, açıqlıq və şəffaflıq mühitinin qorunması üçün media tədbirləri,/mətbuat konfransları bütün jurnalistlərin iştirakı  üçün açıq olmalıdır. Bu o deməkdir ki, keçiriləcək tədbirlər əvvəlcədən bizim internet saytında elan olunacaq və tədbir haqqında informasiya bizim bazamızda qeydiyyatdan keçmiş jurnalistlərə göndəriləcək.

Əlbəttə, sizin tədbirinizdə kimin iştirak etdiyini bilmək arzunuzu başa düşərək Mərkəzin əməkdşaları tədbir məkanına daxil olarkən jurnalistlərdən qeydiyyatdan keçmələrini, öz adlarını və çalışdıqları mətbuat orqanının adını təqdim etmələrini xahiş edəcək.

4. Hər hansı istisna hallar ola bilər?

Təhlükəsizliyin təmin olunması üçün qonaqlar bizdən tədbir iştirakçılarının tədbirdən əvvəl qeydiyyatdan keçməsini tələb edə bilərlər.

5.  Məkəzdə debatlar təşkil etmək olarmı?

Biz debat və müzakirə etmək mədəniyyətinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. Biz Media Mərkəzində tərəfimizdən müntəzəm olaraq debatlar təşkil edilməsini vacib hesab edirik. Ancaq tək bu işin öhdəsindən gələ bilmərik. Ona görə də Media Mərkəzi debat təşkil etmək istəyənlər üçün də açıqdır.   

Bununla belə, biz hesab edirik ki, debatlar aşağıdakı kimi təşkil olunmalıdır:
(1) Yaxşı təşkil olunmalıdır;
(2) Debatların moderatoru peşəkar olmalıdır;
(3) Müzakirə edilən mövzu sosial əhəmiyyət daşımalıdır;
(4) Müzakirə mövzusu ictimaiyyətdə maraq doğurmalıdır.

Beləliklə, debatların keyfiyyətli təşkil edilməsini təmin etmək üçün biz onlara yuxarıdakı kriteriyaları tətbiq edirik.

6. Bəs dəyirmi masa görüşlərinin keçirilməsi qaydaları debatlar üçün tətbiq olunan qaydalarla eynidirmi?  

Dəyirmi masa görüşləri debatlardan fərqlidir. Debatlar ictimaiyyətin və medianın tədbiri olduğu halda, dəyirmi masa müzakirələrinin iştirakçıları ancaq dəvət olunur  və daha çox “daxili” səciyyə daşıyan tədbirlər hesab edilir.  Buna görə də biz dəyirmi masalar üçün fərqli qaydalar tətbiq edirik. Bu haqda növbəti bəndə bax.  

7. Mərkəzdə daxili görüşlər keçirmək olarmı?

Əlbəttə, Media Mərkəzində həmçinin daxili tədbirlər - idarə heyətinin müzakirələri, qeyri-hökumət təşkilatlarının strategiyasının müəyyənləşdirilməsi iclasları, layihələrin gedişinin müzakirələri, məhsulların təqdimatları və s. kimi tədbirlər keçirmək olar. Biz belə tədbirlərə jurnalistləri dəvət etməyəcəyik və bu  tədbirlər “qapalı” hesab ediləcək və tədbirdə yalnız dəvətnamə ilə iştirak etmək mümkün olacaq. 
 
Şəffaflıq prinsipini əsas tutduğumuz üçün bizim belə “qapalı” görüşlər üçün bir vacib şərtimiz var: Bu görüşlər qeyri-siyasi səciyyə daşımalıdır və bizim qarşımıza qoyduğumuz vəzifələrə zidd olmamalıdır

Məqalə Qiyməti