Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətlərindən istifadəsi haqda

: Məsrəflərin  strukturu
Məsrəflərin strukturu

2017-ci ilin yanvar-dekabr ayları ərzində şəhərdə büdcədən maliyyələşdirilən istehlakçılar tərəfindən natura ifadəsində 7274,8 min kVt.saat elektrik enerjisi, 1720,8 Q.kalori istilik enerjisi, 808,0 min kub m. təbii qaz, 282,9 min kub m. sudan istifadə edilmişdir ki, bu da 2016-cı ilin yanvar-dekabr ayı ilə müqayisədə natura ifadəsində istifadə edilən elektrik enerjisinin 0,04 faiz, istilik enerjisinin 16,38 faiz azalması, təbii qazın 42,76 faiz, suyun istehlakının 16,52 faiz artması deməkdir. İstehlak edilən 65,6 min manatlıq rabitə xidmətləri əvvəlki illin eyni dövrü ilə müqayisədə 3,5 min manat və ya 5,07 faiz azalmışdır.

Cəmi məsrəflərin ümumi məbləğinin 54,2 faizini elektrik enerjisi, 3,6 faizini istilik enerjisi, 13,4 faizini təbii qaz, 23,4 faizini su və 5,4 faizini rabitə хidmətləri təşkil etmişdir.

2017-ci ilin yanvar-dekabr ayları ərzində şəhərin büdcə təşkilatları tərəfindən istehlak edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə 30,6 faiz və ya 283,0 min manat artaraq 1207,8 min manat təşkil etmişdir.

Büdcə təşkilatları 2017-ci ilin yanvar-dekabr ayları ərzində istifadə etdikləri bütün ehtiyatların dəyərinin 99,9 faizini və ya 1206,1 min manatını ödəmişlər. 

 

Cəmi istehlak edilmişdir, naturada

2017-ci ilin

yanvar-dekabr aylarının 2016-cı il yanvar-dekabr aylarına nisbətən, %-lə

2017-ci ilin yanvar-dekabr ayları ərzində

2016-cı ilin yanvar-dekabr ayları ərzində

Elektrik enerjisi, min kVt.saat

7274,8

7277,6

99,96

İstilik enerjisi, Q.kal.

1720,8

2057,8

83,62

Təbii qaz, min kub metr

808,0

566,0

142,76

Suyun istehlakı, min kub metr

282,9

242,8

116,52

 Elektrik enerjisinin 29,3 faizi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, 19,7 faizi İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, 17,8 faizi Təhsil Nazirliyinin, 25,8 faizi Səhiyyə Nazirliyinin, 0,2 faizi Dövlət Statistika Komitəsinin, 0,2 faizi Maliyyə Nazirliyinin, 0,8 faizi Fövqəladə Hallar Nazirliyinin, 0,6 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, 0,1 faizi Gənclər və İdman Nazirliyinin, 4,8 faizi Mədəniyyət və Turizm Nazirliyinin, 0,2 faizi Kənd Təsərrüfatı Nazirliyinin, 0,4 faizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 0,1 faiz Milli Arxiv idarəsinin tabeliyində olan təşkilatlar tərəfindən istifadə edilmişdir.

İstilik enerjisinin 36,4 faizi İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, 43,2 faizi Təhsil Nazirliyinin, 20,4 faizi Səhiyyə Nazirliyinin tabeliyində olan təşkilatlar tərəfindən istifadə edilmişdir.

Mavi yanacağın 16,1 faizi İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, 39,7 faizi Təhsil Nazirliyinin, 38,8 faizi Səhiyyə Nazirliyinin, 0,3 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, 0,9 faizi Dövlət Statistika Komitəsinin, 0,8 faizi Maliyyə Nazirliyinin, 2,6 faizi Fövqəladə Hallar Nazirliyinin, 0,5 faizi Gənclər və İdman Nazirliyinin, 0,3 faizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan təşkilatlar tərəfindən istifadə edilmişdir.

Sudan Təhsil Nazirliyinin 28,5 faiz, Səhiyyə Nazirliyinin 42,6 faiz, İcra Hakimiyyəti və icra nümayəndəliklərinin 16,4 faiz, Dövlət Statistika Komitəsinin 0,2 faiz, Maliyyə Nazirliyinin 0,3 faiz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 0,7 faiz, Fövqəladə Hallar Nazirliyinin 0,5 faiz, Mədəniyyət və Turizm Nazirliyinin 9,1 faiz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1,2 faiz, Milli Arxiv idarəsinin 0,2 faiz, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təşkilatlar 0,3 faiz istifadə etmişlər.

Rabitə xidmətlərindən 1,1 faiz Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, 23,6 faiz Təhsil Nazirliyinin, 15,1 faiz Səhiyyə Nazirliyinin, 30,0 faiz İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, 1,9 faiz Dövlət Statistika Komitəsinin, 1,8 faiz Maliyyə Nazirliyinin, 2,4 faiz Fövqəladə Hallar Nazirliyinin, 5,2 faiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, 4,6 faiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 12,6 faiz Mədəniyyət və Turizm Nazirliyinin, 0,8 faiz Kənd Təsərrüfatı Nazirliyinin, 0,9 faiz Milli Arxiv idarəsinin tabeliyində olan təşkilatlar istifadə etmişlər.

Şəhərin büdcə təşkilatlarından, Təhsil Nazirliyinin 99,9 faiz, Səhiyyə Nazirliyinin 99,5 faiz, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Maliyyə Nazirliyinin, Milli Arxiv idarəsinin, Fövqəladə Hallar Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, Mədəniyyət və Turizm Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təşkilatlar istehlak olunmuş ehtiyatların dəyərini tam ödəmişlər.

2017-ci ilin yanvar-dekabr ayları ərzində 14,5 min manat və ya 2,2 faiz elektrik enerjisindən, 4,7 min manat və ya 9,8 faiz istilik enerjisindən, 15,5 min manat və ya 8,8 faiz təbii qazdan, 14,8 min manat və ya 5,0 faiz sudan, 9,5 min manat və ya 12,6 faiz rabitə xidmətlərindən müəyyən edilmiş limitdən az istifadə olunmuşdur.

Məqalə Qiyməti