Mingəçevirdə gəncləri yad təsirlərdən qorumaq üçün

Ləman Bəylərova: Dekabrın 16-da Mingəçevir Gənclər evində keçirilən tədbirdə
Dekabrın 16-da Mingəçevir Gənclər evində keçirilən tədbirdə

Tədbirdə gənclərin elmə daha çox meyl göstərmələrinin əhəmiyyətindən danışılıb


Dekabrın 16-da Mingəçevir Gənclər evində İcra Hakimiyyəti və Gənclər İdarəsinin  birgə təşkilatçılığı ilə “Gəncləri yad təsirlərdən qoruyaq“ adlı tədbir keçirilib. Gİİ-nin rəisi Kamal Nəcəfli bildirib ki, gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onların asudə vaxtının səmərəli inkişafına dəstək olmaq hər kəsin borcudur: ”Nardaran prosesləri göstərdi ki, Azərbaycanı istəməyən qüvvələr din pərdəsinə əl atıblar. Çünki bilirlər ki, xalqımız Allahına, dininə inanan xalqdır. Azərbaycan dövləti inkişaf etdikcə yad qüvvələr çalışırlar ki, bizə zərbə vuracaq addımlar atsınlar. Ona görə də biz yumruq kimi birləşməliyik”.

İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra milli-mənəvi, islami dəyərlərimizə böyük önəm verdiyindən söz açıb, Nardaran hadisələrinin Azərbaycanın daxilinə yerimiş xarici qüvvələrin təsiri altında baş verdiyini vurğulayıb. S.Əliyev gənclərə yollarını düzgün müəyyənləşdirməyi, yad təsirlərə uymamağı tövsiyyə edib.

Şəhər Veteranlar Şurasının sədri Ələm Məmmədov, Mingəçevir Məscidinin imamı Müşfiq Nəcəfov  da gəncləri dövlətimizi, xalqımızı, dinimizi sevməyə, dəyərlərimizi itirməməyə, nəfsi qabardacaq vərdişlərdən uzaq durmağa səsləyiblər. Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Əsgərov isə  gənclərin elmə daha çox meyl göstərmələrinin, elmi cəhətdən özlərini daha çox yetişdirmələrinin vacibliyindən danışıb: “Hər məsələnin elmdə yolu var. Elmə istiqamətlənmək daha vacibdir”.

Məqalə Qiyməti