MDU-da TEC-in hesabat-seçki konfransı keçirilib

: TEC
TEC

Günəş Şəfaqətov cəmiyyətin sədri seçilib

 

Universitet Tələbə Elmi Cəmiyyətinin  sədri Nüşabə Qədimli rəhbərlik etdiyi qrumun 2011-ci ildən bəri fəaliyyəti barədə ətraflı məlumat verib. Hesabat dövrü ərzində onlarla tələbənin elmi-tədqiqat işləri ilə məşğul olduğunu qeyd edib. 12 konfransda onların elmi işlərinin məruzə edildiyini, müzakirə olunduğunu və qiymətləndirildiyini vurğulayıb. Ən yaxşı işlərin fəxri fərman və pul mükafatı ilə təltif olunduğunu qeyd edib. N.Qədimli fəaliyyətinin istər əvvəlki, istərsə də sonrakı dövrünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27.06.2014-cü il tarixli 752 saylı əmrinə uyğun olaraq “Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi Əsasnamə”nin müddəalarına uyğun olaraq qurduğunu və apardığını bildirib. Fakültələrdə TEC-in fəaliyyətinə köməklik etdiyini, tələbələrin elmi işlərə cəlb olunması üçün dəfələrlə onlarla görüşdüyünü, elmə, təhsilə həvəs göstərmələri üçün təbliğatını əsirgəmədiyini, konfransların keçirilməsinədə yardımçı olduğunu qeyd edib: “Tərəfimdən hazırlanıb, keçirilən konfranslar müasir texnoloji avadanlıqların tətbiqi ilə həyata keçirilib”.

Tələbələrdə maraq yaradıb. Dekanlardan dosent Qəhrəman Kələşov, dosent Vüqar Mustafayev, kafedra müdirləri, tələbələr TEC-in hesabatının təsdiq edilməsini və dosent N.Qədimlinin hesabat dövründəki fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsini təklif ediblər.

Bundan sonra professor Veysəl Əyyubov Tələbə Elmi Cəmiyyətinin Şurasının yeni üzvlərinin seçilməsini diqqətə çatdırıb. O,  kafedra müdirləri, fakültə dekanları və universitet rəhbərliyi ilə aparılan məsləhətləşmələrin nəticəsi olaraq, aşağıda adları çəkilən 15 nəfərin adlarını Tələbə Elmi Cəmiyyəti Şurasının tərkibinə salınmasını təklif edib.  

 

  1.  

Şəfaqətov Günəş Musa oğlu

-

b/m.

sədr

  1.  

Ağayeva Rayihə Şəmsəddin qızı

-

f.f.d.

sədr müavini

  1.  

Xanlayev Samrin Nadir oğlu

-

İ13.1

üzv

  1.  

Cəfərova Tacirə Bulud qızı

-

İ13.1

üzv

  1.  

Yusibova Səadət Əfqan qızı

-

ST 14.1

üzv

  1.  

Məmmədli Ayşən Habil qızı

-

ST15.1

üzv

  1.  

Cənnətov Kənan Valeh oğlu

-

ST15.1

üzv

  1.  

Hüseynov Rövşən Rəfail oğlu

-

MM14

üzv

  1.  

Abdurəhmanov Orxan Elxan oğlu

-

EE13

üzv

  1. 10.  

Qurbanov Əli Xanlar oğlu

-

YN13

üzv

  1. 11.  

Mahmudova Aytən Gündüz qızı

-

FM12

üzv

  1. 12.  

Əsədova Ülviyyə  Şahin qızı

-

XD13.1

üzv

  1. 13.  

Məcdunova Fatma Valeh qızı

-

XD13.1

üzv

  1. 14.  

Əhmədova Günel İlqar qızı

-

Rİ13.2

üzv

  1. 15.  

Paşayeva Günay Namazəli qızı

-

İS 13.1

üzv

 

Açıq səsvermədən sonra həmin namizədlər Mingəçevir Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin Şurasının üzvləri seçiliblər. 

Məqalə Qiyməti