Gənc xanımın rəsm sərgisi təşkil olunub

: Gənc rəssamın sərgisi
Gənc rəssamın sərgisi

Müsabiqədə fərqlənən yeniyetmələrə diplomlar təqdim olunub

 

Noyabrın 24-də Mingəçevirdəki Heydər Əliyev Mərkəzində rəsm müəllimi Gülnar Tağıyevanın ilk fərdi sərgisi təşkil olunub.  Uşaq İncəsənət Məktəbinin direktoru Etibar Əliyev sərgiyə gələnləri salamlayıb. Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri Sahib Əliyev və Tofiq Əsgərov, gənc rəssamı təbrik ediblər. Rəsm Qalereyasının müdiri Böyükkişi Adilbəyli bu  sərginin rəssamlıq peşəsini öyrətdiyi xanımın həyatında çox böyük hadisə oldugunu deyib.

Sərgi ilə tanışlıqdan sonra Bayraq günü münasibətilə ümumrespublika rəsm müsabiqəsində iştirak edən və fərqlənən yeniyetmələrə-Uşaq İncəsənət Məktəbinin gənc rəssamlarına diplomlar təqdim edilib.

Məqalə Qiyməti