Sahibkar deyir ki, bank 15 min manata görə 80 minlik girov tələb edir

Fərman Nəbiyev: Sahibkarlarla görüş
Sahibkarlarla görüş

Mingəçevirdəki Texniki Rezin Məmulatları və Regenerat zavodlarını yenidən işə salmaqla avtomobillər üçün şin istehsal etmək olar: “Azərbaycanda 1,2 milyon maşın var. Hər maşına 4 şindən hesablasaq, bu 4,8 milyon şin deməkdir”

 

Noyabrın 6-da  İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlara Kömək Milli Fondunun nümayəndələri  (SKMF) Gənclər Evində mingəçevirli sahibkarlarla görüşüb. Görüşdə bank işçiləri, iş adamları ve media nümayəndələri iştirak ediblər.

Fondun əməkdaşı Orxan Gülalıyev Mingəçevirdə corab (16 min manat), üzlük daş (24700 manat), metal qapı (48600 manat), daş örtükləri (57100 manat), plastik qab (80000 manat), plastik qapı-pəncərə (34300 manat) və  polietilen paket istehsalı (114200 manat) üzrə binların tikintisi və avadanlıqların alınması, ixtisaslaşdırılmış yaşıl market (315000 manat) yaradılması üçün nümunəvi investisiya layihələri barədə ətraflı məlumat verib.

Mingəçevir İH-nın birinci müavini İlham İsmayılov belə tədbirlərin əhəmiyyətindən danışaraq, bildirib ki, sahibkarlara güzəştli kreditlərin verilməsi sahibkarlığın inkişafına dövlət dəstəyindən irəli gəlir. Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev regionlarda sahibkarlığın inkişaf etdirilməsi üçün davamlı tədbirlərin keçirildiyini vurğulayıb: “Mingəçevirdə Texnoparkın yaradılması üçün 100 milyon manata qədər investisiya qoyulacaq. Orda istehsal olunan parça və sap sahibkarlara kömək edəcək. Kişik sahibkarların böyük layihələrdə iştirak etmək imkanları yoxdur. Ona gorə də kiçik və orta sahibkarlığı inkişaf etdirməyi planlaşdırırıq. Bu məqsədlə 164 sahibkara 8,5 milyon manat veriləcək”.

Azərbaycan Sahibkarlar Konfederasiyasının yerli nümayəndəsi Vaqif Həsənov Mingəçevirdə Texniki Rezin Məmulatları və Regenerat zavodlarının fəaliyyətini bərpa etmək təşəbbüsü ilə çıxış edib: “Bu zavodları işə salmaqla avtomobillər üçün şin istehsal etmək olar. Azərbaycanda 1,2 milyon maşın var. Hər maşına 4 şindən hesablasaq, bu 4,8 milyon şin deməkdir. Üstəlik köhnəlmiş şinlərin təkrar emalını da  reallaşdırmaq olar. Bütün bu işləri görmək üçün  böyük vəsit tələb olunur və dövlətin dəstəyinə ehtiyacımız var”.

Arıçılıq təsərrüfatı yaradan sahibkar Nəsib Süleymanov bağ sahəsində istilikxana yatarmaq üçün maliyyə vəsaitinə ehtiyac olduğunu bildirib. O, bankların kredit müqabilində yüksək məbləğdə girov tələb etməsindən də ıkayətlənib: “15 min manata görə bank 80 minlik girov tələb edir. İstərdik ki, şərtlər yumşaldılsın və sənədləşmə sadələşdirilsin”.

Ş. Abdullayev bank-müştəri münasibətlərində yaranan anlaşılmazlıq və problemlərə də diqqət çəkib və  bank nümayəndələrinə tövsiyələrini verib.

Məqalə Qiyməti