Mingəçevirdə 75 yaşlı qızı ilə yaşayan 125 yaşlı Sandıq nənə uzunömürlüyünün səbəbini açıqladı

:
 

Yaşının çox olmasına baxmayaraq, yaddaşından şikayəti yoxdur.

 

1890-cı il yanvarın 2-də İranda anadan olan və hazırda Mingəçevirdə, beşmərtəbəli binanın sonuncu mərtəbəsində yaşayan Sandıq nənə İranda ermənilərin azərbaycanlılara necə divan tutduğunu, 1918-ci ilin mart-aprel aylarında daşnak ermənilərin bolşevik ruslarla birləşərək, Bakıda və digər rayonlarda qanlı qırğınlar törətdiyini,  əli yalın əhaliyə zülm etdiyini yaxşı xatırlayır: “Düşmənlərimiz qadınları, uşaqları döyürdülər, təhqir edirdilər, kişiləri öldürürdülər”.

Azərbaycana məcburi köçürülən, bir müddət Qazaxda və Gəncədə məskunlaşan Bağırovlar ailəsi kasıb olub. On dörd yaşında Sandığı ərə veriblər. Həyat yoldaşını İkinci Dünya savaşında  itirən Sandıq Bağırova  Yevlaxın Səmədabad kəndinə gəlib və burada qabaqcıl pambıqçı kimi tanınıb.

1961-ci ildə Mingəçevirə köçüb. O vaxtdan bu günədək qızı Züleyxa ilə birgə yaşayır. Uzun illər şəhərin müxtəlif təsərrüfat obyektlərində xadimə kimi çalışıb.  Yaşının çox olmasına baxmayaraq, yaddaşından şikayəti yoxdur. Onun dediyinə görə, uzunömürlü olmasının, sağlam və gümrah qalmasının səbəbi zəhmətkeşliyi və qidalanmaya daim fikir verməsi olub. Onun adının da çox maraqlı tarixçəsi var. Deyir ki, ailənin ikinci qız övladı olduğundan ona əvvəlcə bacısı Səlminazın adına uyğun Elminaz adını veriblər. Lakin, qohumları anasının yenə qız övladı dünyaya gətirdiyini irad tutaraq, “Biz qız uşaqlarından usandıq e…, usandıq…,” deyiblər. Elə həmin “usandıq” sözü də onun adının yaranmasında vasitə olub. Beləcə, “usandıq” sözü Sandıq adına çevrilib.

Hazırda yataq xəstəsi olan Sandıq nənəyə  75 yaşlı qızı qulluq edir. 

Məqalə Qiyməti