Yerli əhalinin cibinə uyğun olmasa da...

Esmira: “London” taksisinin sürücü Rəşad Aslanov
“London” taksisinin sürücü Rəşad Aslanov

Yerli əhalinin cibinə uyğun olmasa da... “London taksiləri” Avropa oyunları bitənə qədər Mingəçevirdə də xidmət göstərəcək

 

Bu günlərdə Mingəçevirə 30-a yaxın “London” taksisi gətirilib. Sürücü Rəşad Aslanovun dediyinə görə, onlar qısa müddət ərzində burada xidmət göstərəcəklər: “Avropa Oyunları bitənə qədər Mingəçevirdə olacağıq. Xarici qonaqlarla ünsiyyət üçün bizi ingilis dili kurslarına cəlb ediblər. Eyni zamanda sürücülər arasında əvvəldən də xarici dili bilənlər var. Arzu edərdim ki, bütün taksi sürücülərinə belə taksilər qismət olsun. Hazırda yerli taksi sürücüləri ilə bir yerdə dayanıb müştəri gözləyirik. Onlar hətta arada öz müştərilərini bizə yönləndirirlər ki, boş qalmayaq. Qiymətə gəlincə, bizdə sayğac sistemidir. Ona görə də qiymət müştərinin getdiyi məsafədən asılıdır. Başa düşürük ki, yerli sakinlərin məvacibi yüksək olmadığından onlar hər addımbaşı taksi xidmətindən istifadə etmirlər”.

Şəhər sakini Səidə Muradova belə taksilərin şəhərə gətirilməsindən məmnundur, amma hesab edir ki, “London” taksilərinin qiyməti əksər müştərilərin cibinə uyğun deyil.

 

E.Gülnar

Məqalə Qiyməti