“Bölgələrdən bölgələrə” Mingəçevirdən keçdi

: Yaradıcılıq festivalı iyulun 15-də Mingəçevirdəki Sahil parkında  təşkil olunub
Yaradıcılıq festivalı iyulun 15-də Mingəçevirdəki Sahil parkında təşkil olunub

Mədəniyyət  Nazirliyinin  təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinə həsr olunan   “100 illik tariximiz” adlı  “Bölgələrdən bölgələrə”  yaradıcılıq festivalı iyulun 15-də Mingəçevirdəki Sahil parkında  təşkil olunub. Burada 15 regionun mədəniyyət işçiləri xalq yaradıcılığı nümunələrindən ibarət əl işlərini sərgiləyiblər.   

Qonaqları İHB adından salamlayan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov deyib ki,  Azərbaycanın dövlətçiliyində  xüsusi izi olan Xalq Cümhuriyyətimizin tarixinin öyrənilməsi,  əldə etdiyi uğurların təbliği  onun varisi olan müstəqil Azərbaycanın inkişafına və təbliğinə kömək edib: “Belə tədbirlər dövlətçiliyimizin qorunmasında, təbliğində xüsusi əhəmiyyətə malikdir. Sərgidə nümayiş olunan xalq yaradıcılığı nümunələri  yüksək milli-mənəvi dəyərlərin, mədəniyyət və incəsənətin təzahürüdür”.

Mədəniyyət Nazirliyi  Bərdə Regional Mədəniyyət İdarəsi mətbuat xidmətinin rəhbəri Əhliyyət Əliyevin dediyinə görə, nazirliyin əməkdaşları təşkilatı işlərlə bağlı regionlara ezam olunublar:  “Bu tədbirlər silsilə olaraq bütün regionlarda davam etdiriləcək”.

Festivalda Vişnyovski adına Moskva Dövlət Opera və Balet Teatrının solisti, Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqu, Dövlət Musiqili Teatrının solisti və respublikanın Əməkdar artisti Səidə Şərifəliyeva və müxtəlif bölgələrin mədəniyyət işçiləri maraqlı  konsert proqramı ilə çıxış ediblər.

Məqalə Qiyməti