MTK-da Tofiq Quliyevin 100, Fərhad Bədəlbəylinin isə 70 illik yubileyləri qeyd olunub

: Mingəçevir Turizm Kollecində   sərgi və konfrans
Mingəçevir Turizm Kollecində sərgi və konfrans

Mingəçevir Turizm Kollecində   bəstəkar Tofiq Quliyevin və məşhur pianoçu Fərhad Bədəlbəylinin yaradıcılığına həsr olunmuş sərgi və konfrans keçirilib. Yaradıcı gənclərin əl işlərindən ibarət sərgidə  adları çəkilən musiqiçilərin şərəfinə rəsm və əl işləri musabiqəsinin seçmə nümunələri nümayiş olunub. Müsabiqənin yekunlarına əsasən tələbələrdən Toğrul Əliyev birinci, Dinarə İbrahimli ikinci, Aysun Ağayeva isə üçüncü yerə sahib olub.  Ardınca  sərgi  iştirakçıları Tofiq Quliyev və Fərhad Bədəlbəyli yaradıcılğından bəhs edən sənədli  filmi izləyib.

Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov  Tofiq Quliyev və Fərhad Bədəlbəyli  yaradıcılığını Azərbaycan musiqi sənətinin qiymətli inciləri adlandırıb: “Tofiq Quliyev bəstəkar, drijor, təşkilatçı rəhbər, simfonik əsərlərin və kantataların müəllifi və təcrübəli pedaqoq,  Azərbaycan caz və estrada musiqisinin banilərindən biri, çoxsaylı kino filmlərin musiqi parçalarının  əvəzolunmaz bəstəçisidir. Böyük Üzeyir Hacıbəyov onun həyat və yaradıcılığında  dərin iz buraxb. Görkəmli rejissor Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açması isə Fərhad Bədəlbəylinin taleyinə təsirsiz ötüşməyib. Klassik əsərlərin  çox güclü ifaçısı olan məşhur pianoçu isə Avropanın böyük səhnələrini fəth edib, dəfələrlə beynəlxalq mükafatlara layiq görülüb”.

Konfransda səslənən digər məruzələr də maraqla qarşılanıb. Pedaqoqlardan   Vüsalə Zeynalova, Aygün Hümbətova, Ceyhun Abdullayev  və  Rövşanə Fərəcbəyli hər iki sənətkarın həyat və yaradıcılığı ilə bağlı məqamlara diqqəti çəkiblər.

Tədbir tələbə özfəaliyyət qrupunun ifasında ədəbi-bədii kompozisiya  və konsert proqramı ilə başa çatıb. Proqramda Tofiq Quliyevin əsərləri ifa olunub.

Məqalə Qiyməti