“Döyüşən şəhər” sənədli filmi MTK-da təqdim olundu

: “Döyüşən şəhər” sənədli filminin təqdimat mərasimində
“Döyüşən şəhər” sənədli filminin təqdimat mərasimində

Mingəçevir Turizm Kollecində “Mingəçevir” qəzetinin əməkdaşı,  fotomüxbir İslam Şirinovun  fotoları əsasında ərsəyə gəlmiş “Döyüşən şəhər” sənədli filminin təqdimat mərasimi  keçirilib. Filmdə Qarabağ münaqişəsinin başladığı dönəmlərdən etibarən  döyüşlərin intensivləşdiyi sonrakı  mərhələlərin də yer aldığı  dəyərli materiallar və arxiv sənədləri öz əksini tapıb.

Kollecinin direktoru Əyyub Əyyubov filmin ərsəyə gəlməsində əməyi olan  yaradıcı heyəti təbrik edib və bildirib ki, bu film tamamilə yeni üslubda  düşünülüb və lentə alınıb: “Burada hadisələrə kompleks yanaşma tərzi mövcuddur. Qarabağ münaqişəsi, mingəçevirlilərin bu hadisələrdə fəal iştirakı və torpaqlarımızın müdafiəsində fədakarlığı, hətta arxa cəbhədə vətənpərvər davranışları dolğun şəkildə öz əksini tapıb. Filmdə nümayiş olunan  dəyərli fotolar sanki dil açıb danışır, böyük bir tarixi dönəm haqqında o günlərdən bu günlərə informasiya ötürür. Bu fotoların müəllifi İslam Şirinovun ustalığı yalnız alqışa layiqdir”.

“Mingəçevir” qəzetinin redaktoru  Mirsədi Daşdəmirov filmin çəkilş prosesi ilə bağlı məlumat verib. Ardınca çıxış edən İslam Şirinov ən xoş arzularını paylaşıb.

Bundan sonra “ Döyüşən şəhər” sənədli filminə baxış keçirilib. 35 dəqiqə sürən film ərzində iştirakçılar üzüntülü və qürürverici təəssüratların ağuşunda qalıb. 

Məqalə Qiyməti