“Tokay Məmmədov məktəbinin yetirmələri bu uğurları sabahlara daşımağa müvəffəq olacaqlar”

: MTK-da xalq rəssamı, heykəltaraş Tokay Məmmədovun 90 illik yubileyinə həsr olunmuş konfrans
MTK-da xalq rəssamı, heykəltaraş Tokay Məmmədovun 90 illik yubileyinə həsr olunmuş konfrans

Mingəçevir Turizm Kollecində xalq rəssamı, heykəltaraş Tokay Məmmədovun 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Öncə konfrans iştirakçıları kollecin foyesində  görkəmli rəssam və heykəltaraşın əsərlərindən ibarət  sərginin açılış mərasiminə qatılıb. Burada sərgi bələdçiləri Azərbaycan incəsənətinin incilərini yaratmağa müvaffəq olmuş Tokay Məmmədovun yaradıcılığı haqqında ətraflı məlumatlar veriblər. Yubliyarın əsərlərinin nümayişindən sonra tələbə-gənclərin əl işlərindən ibarət başqa sərgiyə baxış keçirilib. Kollecin direktoru Əyyub Əyyubov nümayiş olunan əsərləri dəyərləndirərək,  gənclərin məhz Tokay Məmmədov kimi görkəmli şəxslərin  yaradıcılığından ilham aldığını qeyd edib.

 Daha sonra geniş tərkibli konfransda  da analoji fikirlərini davam etdirən Ə.Əyyubov Tokay Məmmədov yaradıcılığını ənənələri olan  dəyərli bir məktəblə müqayisə edib, xalq rəssamına dövlət səviyyəsində göstərilən  etimaddan danışıb:  “Vaxtilə ulu öndər tərəfindən dəfələrlə ən yüksək adlarla təltif olunan Tokay Məmmədovu  prezident İlham Əliyev də daim diqqət mərkəzində saxlayıb.  Xalq rəssamı  “Şöhrət”və Şərəf” ordenlərinə layiq görülüb. Oktyabr ayının ilk günlərində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə  xalq rəssamının 90 illik yubiley təntənələrinin keçirilməsini də mədəniyyətə, incəsəntə və ümümən bu sahənin inkişafına  xidmət  edən şəxslərin əməyinə verilən yüksək qiymət kimi qəbul edirik. Biz inanınırıq ki, Tokay Məmmədov məktəbinin yetirmələri bu uğurları  sabahlara daşımağa müvəffəq olacaqlar”.

Bundan sonra Tokay Məmmədovun ömür və yaradıcılığından bəhs edən filmə baxış keçirilib. Filmdə   müəllifin  portret və monumental əsərləri bütün  gözəllikləri ilə təqdim olunub.

Daha sonrra  konfransda digər məruzələr dinlənilib. Bədii kütləvi yaradıcılıq mərkəzinin məsləhətçisi Əşrəf Əsgərov, pedaqoqlar Kifayət  Əliyeva,  Bəsti Qurbanova və başqaları Tokay Məmmədov yaradıcılığına işıq salıblar. Qeyd olunub ki, Azərbaycan və Rusiya  ali yaradıcılıq məktəblərində təhsil alan, bu sahədəki potensialından pedaqoji sahədə uğurla istifadə edən xalq rəssamının ortaya qoyduğu Nizami Gəncəvi, Nəsimi, Məhəmməd Fizuli, Üzeyir Hacıbəyov və digər rəssamlıq, həm də monumental heykəltaraşlıq nümunələri Azərbaycan incəsənətinin xəzinələri arasında yer almaqdadır.

Konfrans tələbə özfəaliyyət qrupu fəallarının maraqlı  kompozisiyası ilə davam etdirilib. 

Məqalə Qiyməti