Rənglərin Qardaşlığı: Bakıdan İzmirə, İzmirdən Bakıya Sənət Körpüsü

Bakı Yunus Emre İnstitutu, Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, İzmir Balçova Bələdiyyəsi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Qardaşlıq və İş Birliyi Dərnəyinin birgə təşkilatçılığı ilə 17-21 Oktyabr 2017-ci il tarixlərində Bakıda Azərbaycan və Türkiyə rəssamlarının iştirakı ilə “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcəkdir. Kuratorluğunu Azərbaycan Dövlət sənətçisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Günay Mehdizadənin etdiyi layihənin sərgisinin açılışı 19 oktyabr 2017-ci il tarixində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində baş tutacaqdır. Sərgidə Türkiyəli rəssamların layihə çərçivəsində İzmirdən gətirdikləri və Bakıda çəkdikləri və Azərbaycanlı rəssamların layihə üçün ərsəyə gətirdikləri rəsmlər nümayiş etdiriləcəkdir.

            Xatırladaq ki, layihənin birinci mərhələsi 28 may – 2 iyun tarixləri arasında Azərbaycanlı rəssamların iştirakı ilə İzmirdə həyata keçirilmişdi. Rəssamların emalatxana fəaliyyətləri turistik gəzintilərlə zənginləşdirilmiş, emalatxana fəaliyyətlərinin ardından əsərləri İzmir Balçova Bələdiyyəsi Mədəniyyət Evində nümayiş etdirilən sənətçilər təşkil olunan kokteylə bir araya toplanmışdılar.

            Sərgidə əsərləri nümayiş etdiriləcək rəssamlar:

İzmir / Türkiyə: Bedri Karayağmurlar, Mahmut Durmuş, Reyhan Abacıoğlu, Faden Suzan Kudsioğlu, Gündoğdu Uğraş, Hatice Aydoğan.

Bakı / Azərbaycan : Günay Mehdizadə, Suğra Bağırzadə, Adilə Əfəndi, Ələsgər Kazımov, Rüfət Əsgərov, Azər İslam, Elmar Ağamirzə, Mehriban Mehdizadə, Fatimə Mövlamova.

Məqalə Qiyməti