Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib

: MTK-da turizm günü
MTK-da turizm günü

Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin  dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli  rol oynadığını qeyd edib. O, prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın  qabaqcıl dünya turizm sektorunda möhkəmləndiyini xatırladaraq,  bunun fərəhli hal olduğunu bildirib:  “Ölkəmizin demokratik və tolerant imici, zəngin coğrafiyası, tarixi ənənələri və yenidən qurulmuş müasir turizm infrastrukturları Azərbaycanı hazırda ən cəlbədici  turizm məmləkətlərindən birinə çevirib. Ölkəmizdə təşkil olunan beynəlxalq miqyaslı sərgilər, festivallar, idman yarışları və digər mötəbər mədəni kütləvi tədbirlərin  müşahidə olunan dinamik inkişafda önəmli payı var. Bu mənada turizm sektoru üçün peşəkar kadr hazırlığı missiyasını həyata keçirən təhsil müəssisəmizin üzərinə böyük vəzifələr düşür. Doğrudur,  təhsil ocağımızın fəaliyyətə başladığı gündən 6 mindən çox ixtisaslı  kadrlar yetişdirərək,  bizə bəslənilən etimadı doğrultmağa çalışmışıq. Hesab edirəm ki, bundan sonra da ən müasir tədris-təlim metodlarından yararlanmaqla üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə müvəffəq olacağıq.”

Daha sonra “Turizmin inkişaf dinamikası”  adlı videoçarxa baxış keçirilib. Ardınca konfransın digər məzruzəçıləri məzmunlu fikirlərini paylaşıb. ”Turizm və Otelçilik” şöbəsinin müdiri Aynurə Abbasova, pedaqoqlar Gülnar Qurbanova, İqbal Xudiyev, Vüqar Nağıyev və Bəhruz Kərimov müvafiq olaraq  “Turizm və Təhsil”, “Turizmdə kadr hazırlığı”, ”Turizm gününün yaranma tarixi”, “Turizmin sosial-iqtisadi əhəmiyyəti” və “Azərbaycanın turizm potensialı”  mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans həm də mükafatlandırma mərasimi ilə  əlamətdar olub. Pedaqoji fəaliyyətdə fərqlənən bir qrup əməkdaş  turizm işçilərinin peşə bayramı münasibəti ilə fəxri diplomlarla mükafatlandırılıb.

Konfrans  tələbə özfaliyyət qrupunun ifasında maraqlı ədəbi-bədii kompozisiya ilə başa çatıb. 

Məqalə Qiyməti