Mingəçevir Teatrı yenidən pərəstişkarlarını sevindirdi

: Teatr mövsümünün açılışında
Teatr mövsümünün açılışında

Mingəçevir Dövlət Dram Teatrı özünün 49-cu teatr mövsümünə M.F.Axundovun “Sərgüzəşti-Vəziriın -Xani-Lənkəran” tamaşası ilə sentyabrın 20-də start verdi.  Teatrın baş rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluş verdiyi tamaşa sənətsevərlər tərəfindən alqışlarla qarşılandı.  Teatrşünas Anar Bürcəliyev klassik dramaturgiyanın  həmişə yaşadığını, ümumbəşəri ideyalı pyeslərin hər zaman gündəmdə olduğunu dedi, Gəncə DDT-nın rəhbəri, Əməkdar Mədəniyyət işçisi Əli Qasımovun və gəncəli qonaqların  adından mingəçevirliləri təbrik etdi.  

Tamaşadan sonra Mingəçevir DDT-nın direktoru Səxavət Məmmədov AzərbaycanTeatrının yaranmasının 144 illiyi və yeni teatr mövsümünün açılışı  münasibətilə teatrın bədii şurasının təsis etdiyi “Bravo” mükafatlandırma və təqdimat mərasiminə keçid aldı. O,  8 adda nominasiya  üzrə  30 nəfər yaradıcı heyəti və texniki işçini mükafatlandırdı.  “Teatrın dostları” nominasiyası üzrə Esmira Hidayətova (“Yeni avaz”), Yeganə Nəbiyeva (“Mingəçevir işıqları”) və Mirsədi Daşdəmirov (“Mingəçevir” ) təltif olundu. 

Məqalə Qiyməti