İranlılar “Kütləvi xoşbəxtlik” tamaşasını oynadılar

: İranlılar “Kütləvi xoşbəxtlik” tamaşasını oynadılar
İranlılar “Kütləvi xoşbəxtlik” tamaşasını oynadılar

Qonaqlara Mədəniyyət və Turizm Nazirliyinin diplom və fəxri fərmanlarıntəqdim edilib

 

Sentyabrın 16-da II Şəki Beynəlxalq Teatr festivalı çərçivəsində Mingəçevir Dövlət Dram Teatrında İran İslam Respblikasının aktyor heyəti “Kütləvi xoşbəxtlik” tamaşasını təqdim ediblər.MDDT-nın baş rejissoru Xəzər Gəncəli tamaşanın qısa məzmunundan danışıb: “Tamaşa sənətin ölməzliyindən bəhs edir. Belə ki, xanın həyat yoldaşı 250-300 il yaşamış sənətkarı görür, bunun sirlərini öyrənməyə çalışır. Təssüf ki, xanın hərəmlərindən biri vəzirlə əlbir olub, xanımın yediyi paxlavaya zəhər qatır. Dünyasını dəyişən xanım  o biri dünyada da həmin sənətkarlarla qarşılaşır və onların ölməzliyinin sirlərini öyrənməkdən vaz keçmir. Bu dəfə sənətkarlar sirlərini ona açırlar. İzah edirlər ki,250-300 il bundan əvvəl ölsələr də, onların sənəti ölməyib, daima xalqın yaddaşındadır”.

Tamaşa böyük maraq və alqışla qarşılanıb. İranlı sənət adamları  qonaqpərvərliyə görə şəhərin və teatrın rəhbərliyinə təşəkkürlərini bildiriblər. MDDT-nın direktoru Səxavət Məmmədov qonaqlara Mədəniyyət və Turizm Nazirliyinin diplom və fəxri fərmanlarını təqdim edib.

Məqalə Qiyməti