“Son reportaj” tamaşasının premyerası uğurlu keçdi

Vüsal: Son reportaj
Son reportaj

Bəhram Osmanovun quruluş verdiyi "Son reportaj" tamaşası mingəçevirliləri sevindirdi.


Noyabrın 24-də Mingəçevir Dövlət Dram Teatrının kollektivi mingəçevirliləri Respublikanın Əməkdar artisti, tanınmış rejissor Bəhram Osmanovun quruluş verdiyi "Son reportaj" tamaşası ilə sevindirdi. Premyeraya baxmaq üçün şəhər içtimayyəti ilə birgə bölgə teatrlarından da xeyli tamaşaçı gəlmişdir.

Tamaşadan sonra çıxış edən əməkdar artist Ella Yaqubova tamaşanın müəllifi İlqar Fəhminin təbrik məktubunu oxudu. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov əsərin səhnə həyatında əməyi olan yaradıcı heyyətə təşəkkürünü bildirdi. O, tamaşanın əsas sujet xəttinin yaradıcı insanların sənətdə üzləşdiyi rəqabətdən bəhs etdiyini vurğuladı: “Lap qədimdən incəsənətə meyl edənlər arasında daim rəqabət hökm sürüb.Teatrda bu rəqabət həmişə ön planda olub. Kimlərsə irəli çıxanda o biriləri onun əleyhinə min cür iftiralar yayaraq həmin sənətçini cəmiyyətdə hörmətdən salmağa çalışıblar. Kimlərsə öz imkanlarından istifadə edərək sənətdə birinci olublar. Nəticədə isə itirən həqiqi sənət, qazanan isə dilitant və difiramb söyləyənlər olub. Beləliklə, sənətdə yaxşı adam sayılan ortababat sənətçi ilə pis adam sayılan əsl ustad arasında gizli mübarizə gedib.Yazıçı və ssenarist İlqar Fəhminin qələmə aldığı “Son reportaj” pyesi məhz belə amillərə toxunur. Hətta bəzən təkcə mənəvi yox, cismani ölümə də səbəb ola bilən yaxşı və pis sənətin doğurduğu faciələrə cavab tapmağa çalışır. Sevindirici hal budur ki, İlqar Fəhminin bu pyesi ilk dəfə olaraq Mingəçevir Dövlət Dram Teatrında hazırlanmış və bu teatrın yaradıcılarından sayılan Respublikanın Əməkdar artisti Akif Mirabov və Şıxı Yaqubovu bir sənət benefisinə çevrilib. Təyyar və Seymur rollarını ifa edən gənc aktyorlar-Asim Əmirov və Firuz Hacıyev rejissorun qoyduğu tələbləri düzgün yerinə yetirməyə çalışıblar.

Tamaşa forma və uslub baxımından Mingəçevir Dövlət Dram Teatrı üçün yenidir. Bununla yanaşı ifaçılar maraqlı, lakonik idarə vasitələri ilə tamaşanı daha da baxımlı etməyə çalışıblar”.

Qeyd edək ki, teatrın rəssamı Yusif İmamverdiyevin maraqlı səhnə və Elnur Rəsulovun musiqi tərtibatları tamaşada ön plana çəkilən fikirlərin təsir gücünü tamaşaçıya çatdırılmasında mühüm rol oynayıb.

 

 

Məqalə Qiyməti