“Təbəssüm” Mingəçevir teatrında

Yeganə Nəbiyeva:
"Təbəssüm" tanaşasına baxış

Şəhər aktivi ilə birgə teatra gələn İcra Hakimiyyəti başçısı bütün yeni tamaşalara baxacağını dedi

 

Mingəçevirin 67 yaşı münasibətilə MDDT-da çəhərin 80-90-cı illərdəki həyatını əks etdirən “Təbəssüm” tamaşasına daxili baxış keçirilib. Əşrəf Əsgərovun qələmə aldığı, xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi tamaşaya Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov başda olmaqla idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri baxıblar. Tamaşadan sonra İH başçısı teatrın yaradıcı heyəti ilə görüşüb, yaradıcı və texniki heyəti təbrik edib, onlara tövsiyyələrini bildirib. Başçı deyib ki, bundan sonra bütün yeni tamaşalara gələcək.

Hazırda Mingəçevir Dövlət Dram Teatrında bir neçə yeni tamaşanın məşqi gedir. İlqar Fəhminin “Son reportaj”, Xanirə Röyanın “Xalidənin taleyi”,  Pərvinin “Dəcəl keçi” əsərləri Bəhram Osmanovun quruluşunda noyabr ayının sonuna qədər tamaşaçıların ixtiyarına veriləcək.

"Son reportaj" tamaşasında Akif Mirabov (əməkdar artist),  Şıxı Yaqubov, Asim Əmirov, Firuz Hacıyev rol alıblar.  "Xalidənin taleyi"ndə aktyorlardan Afət Əliyeva, Qabil İbrahimli, Fəridə Məmmədova, Asim Məmmədov, Ruhəngiz Abdullayeva, Elmira İbrahimova, Ceyhun Əhmədov və Aydın Quliyevi görəcəksiniz. "Dəcəl keçi"də isə Aytən Allahverdiyeva, Leyla Cavadova, Ella Yaqubova (əməkdar artist), Asim Məmmədov, Firuz Hacıyev, Eyvaz Əliyev və Amil Fərzəliyev maraqlı rolları ifa ediblər.

Eyni zamanda Cavid Atayın “Pusquda” əsərinə rejissor Xəzər Gəncəli də MDDT-da tamaşa hazırlayır. O, rolları İlqar Rəhimov, Aydın Quliyev və Hüseyn Mustafayevə tapşırıb. 

Məqalə Qiyməti