Mingəçevir Dövlət Dram Teatrında "Təbəssüm" tamaşası yenidən səhnəyə qoyulur

:
 

MDDT-nın kollektivi  bu səhnə əsərini şəhərin yaranmasının 67-ci ildönümünə  töhfə kimi hazırlayıb

 

Uzun illər təhsil sahəsində çalışan Əşrəf Əsgərovun qələmə aldığı,  xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi  "Təbəssüm" tamaşası  11 noyabrda Mingəçevir teatrının səhnəsində oynanılacaq.  MDDT-nın kollektivi  bu səhnə əsərini şəhərin yaranmasının 67-ci ildönümünə  töhfə kimi hazırlayıb.

Tamaşada aktyorlardan Fəridə Məmmədova, Hüseyn Mustafayev, İlqar Rəhimov, Akif Mirabov, Asim Məmmədov, Firuz Hacıyev, Asim Əmirov, Elmira İbrahimova, Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Ceyhun Əhmədov, Eyvaz Əliyev və Amil Fərzəliyev rol alıblar.

“Təbəssüm” uzun illər öncə Mingəçevir teatrının səhnəsində tamaşaya qoyulmuşdu.

 

Məqalə Qiyməti