“Səs Azərbaycan” Mingəçevirdə! əsas

: Səs Azərbaycan yarışması
Səs Azərbaycan yarışması

Yarışmaya qatılmaq istəyən istedadlı gənclərin qeydiyyatı Bakı ilə yanaşı respublikamızın bölgələrində də aparılır

Dünyanın ən məşhur musiqi yarışması “The Voice” ilk dəfə rəsmi olaraq Azərbaycan Televiziyasında nümayiş olunacaq. İzlənmə rekordu qıran bu layihə musiqi dünyasına güclü səslər bəxş edib. “The Voice” həyəcan, performans, unikal səs, qalibiyyət və şöhrət deməkdir.
Əllidən çox ölkədə tamaşaçı ordusu toplayan bu nüfuzlu layihə indi Azərbaycanın ən güclü səslərini bir araya gətirəcək. 

“Səs Azərbaycan” adlı müsabiqənin seçim turları artıq başlayıb. Yeni mövsümdən Azərbaycan efir məkanında böyük əks-sədaya səbəb olacaq layihə ən mükəmməl və ən güclü səs sahiblərini aşkar edəcək. 

Səsinə güvənən və ifaçılıq qabiliyyətinə malik şəxslər www.aztv.az saytında yaradılan xüsusi bölmədə qeydiyyatdan keçərək, müsabiqədə iştirak edə bilər. Həmçinin, “Səs Azərbaycan” yarışmasına qatılmaq istəyən istedadlı gənclərin qeydiyyatı Bakı ilə yanaşı respublikamızın bölgələrində də aparılır.

"Səs Azərbaycan" layihəsinin heyəti ölkəni “The Voice Bus” ilə gəzir, gözəl səslər axtarır!

27 avqustda isə “The Voice Bus” Mingəçevir şəhərində oldu. 1 nömrəli musiqi məktəbində keçirilən qeydiyyata çox sayda istedadlı şəxslər qatıldı. Mingəçevirdən sonra isə “Səs Azərbaycan” heyyəti Yevlax, daha sonra isə Şəki, Qəbələ, Quba, Sumqayıt və ən sonda Naxçıvan şəhərlərinə üz tutdu.

Məqalə Qiyməti