Qədim şəhərin köhnə muzeyi müasir binada əsas

Fərman Nəbiyev: Nazir Tarix muzeyinin açılışında
Nazir Tarix muzeyinin açılışında

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açılış mərasiminə qatılıb

Bu gün, iyulun 15-də  Mingəçevir şəhərinin Heydər Əliyev parkında yerləşən  Tarix Muzeyinin yeni binasının açılışı olub.  Mingəçevir  şəhər mədəniyyət  və turizm şöbəsinin müdiri Tahir Əzizli, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,  şəhər İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov mərasimdə çıxış ediblər.

Qeyd olunub ki,  1968-ci il yanvarın 11-də cəmi 50 eksponatla fəaliyyətə başlayan Mingəçevir Şəhər Tarix Muzeyində hazırda 15 mindən artıq eksponat sərgilənir. Qədim və müasir Mingəçevir bölmələrindən ibarət olan muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Hər il Mingəçevir şəhər Tarix Muzeyini və Şəhidlərin Xatirə Muzeyini 40 minə yaxın qonaq ziyarət edir.

Ə.Qarayev vurğulayıb ki,  regionda ən çox eksponatı olan Mingəçevir şəhər Tarix Muzeyinin fəaliyyətinə xüsusi önəm verilir: “Bu muzeyə turistlərin marağı da böyükdür. Qədim Mingəçevirin tarix və mədəniyyətini özündə əks etdirən bu muzeyin yeni bina ilə təmin olunması Prezident İlham Əliyevin Azərbaycanda milli mədəni irsin qorunması və təbliğ olunması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq görülən işlərin tərkib hissəsidir.”  

Mingəçevirliləri qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik  edən nazir diqqətə çatdırıb ki, ötən ay ölkəmiz birinci Avropa Oyunlarına ev sahibliyi edib, Azərbaycan bir daha öz inkişafını, tərəqqisini, xalqımızın mədəniyyətini, turizm və idman sahəsindəki uğurlarını, qonaqpərvərliyini bütün dünyaya nümayiş etdirib: “Bakı ilə yanaşı Mingəçevirdə keçirilən ilk Avropa Oyunlarının iştirakçıları, rəsmi qonaqlar və turistlər öz ölkələrinə xoş təəssüratlarla qayıdıblar. Bu mötəbər yarışlardan sonra yaxın gələcəkdə ölkəmizə çoxsaylı turistlərin gəlişi gözlənilir. Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə ölkəmizdə turizmin daha da inkişafı üçün geniş tədbirlər görülür. Bundan əlavə ölkəmizin şəhər və rayonlarında tarix-diyarşünaslıq muzeyləri, görkəmli şəxsiyyətlərin ev muzeyləri, xatirə muzeyləri fəaliyyət göstərir. Turistlərin həmin mədəniyyət ocaqlarına marağını cəlb etmək üçün onların yeni inzibati binalarla təmin olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər görülür”.

Çıxışlardan sonra muzeyin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, muzeyə baxış keçirilib. Muzeyin bələdçisi nazirə məlumat verib ki, 1946-53-cü illərdə görkəmli arxeoloq alim Saleh Qazıyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış arxeoloji qazıntılar zamanı Eneolit dövründən başlayaraq (e.ə. III minillikdən XVII əsrədək) ayrı-ayrı tarixi dövrləri əks etdirən 20 minə qədər maddi-mədəniyyət nümunələri aşkarlanıb. Bunların arasında katakomba, taxta qutu və küp qəbirlər, məişət və bəzək əşyaları, pul sikkələri, tuncdan düzəldilmiş müxtəlif silah növləri vardır. Bu eksponatlar tədqiqat üçün AMEA-nın Tarix İnstitutuna göndərilib. Həmin maddi-mədəniyyət nümunələrindən yalnız 50-si Mingəçevirdə eksponat kimi saxlanılıb. Bu əşyalar əsasında formalaşdırılan muzey sonrakı illərdə daha da genişlənib. Hazırda muzeydə Mingəçevir ərazisinin qədim flora və faunasını əks etdirən ekspozisiyalar, 1946-53-cü illərdə aparılan arxeoloji qazıntı işləri zamanı çəkilən foto-şəkillər, Mingəçevir İstilik Elektrik Stansiyasının tikilməsi ilə bağlı foto-şəkillər, Mingəçevir Su Elektrik Stansiyasının maketi, XIX-XX əsrə aid təsərrüfat və məişət qabları, həmin dövrə aid Azərbaycan qadını və kişisinin milli geyimləri saxlanılır. Muzeyin müasir Mingəçevir şöbəsində isə XX əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının yaranması tarixindən indiyə qədərki ictimai-siyasi hadisələri əks etdirən ekspozisiyalar, 20 Yanvar və Xocalı faciələrinə aid materiallar  nümayiş etdirilir. 

Məqalə Qiyməti