Tamaşaçıların dəstəyi ilə

: MDDT
MDDT

Mingəçevir Teatrı  46-cı mövsümü uğurla başa vurdu

 

2014- cü ilin sentyabrında Mingəçevir Dövlət Dram Teatrı 46 mövsümə  başladı. Üzeyir Hacıbəylinin  “Ər və arvad” müsiqli komediyasına quruluş verən xalq artisti Vaqif Əsədov teatrımıza böyük uğur qazandırdı.  Tamaşa Şəkidə keçirilən 1-ci Beynəlxalq teatr festivanında iki mükafata layiq görüldü. Bu, kollektivə  böyük stimul verdi.  “Ər və arvad”ın  arxasınca "Qırmızı papaq"  tanınmış rejissor Bəhrəm Osmanovun, "Oyun Bitdi" tamaşası Elşən Məmmədovun,  "Maşa və ayı" Vüsal Mehrəliyevin quruluşunda Mingəçevir səhnəsinə gətirildi  və tamaşaçıların yaddaşında böyük izlər buraxdı. Daha sonra S.S.Axundovun "Eşq və İntiqam" əsərinə xalq artisti Zülfüqar Abbasov quruluş verdi.  Sonuncu tamaşa 13 illik fasilədən sonra Azərbaycan Dövlət Akademik Milli Teatrının səhnəsində də oynanıldı, Bakı sakinlərinin və Bakıda yaşayan mingəçevirlilərin böyük sevgisini qazandı.

Bunun ardınca xalq artisti Ağaxan Salmanlı "Dovşanın ad günü"nü  balaca tamaşaçıların ixtiyarına verdi, "Nənənin kələyi" şou komediyası  ilə isə  mingəçevirlilərə əsl gülüş bayramı yaşatdı.  Nəhayət, mövsümün sonunda,  1-ci Avropa oyunlarının Bakıda və Mingəçevirdə başlanma ərəfəsinə xalq artisti Vaqif Əsədov Əli Əmirlinin "Xöşbəxt gün"əsərinə  "İki yetimin taleyi" adı ilə quruluş verdi.

Beləliklə Mingəçevir teatrı 46-cı mövsümdə Bakıda,  Zərdabda,  Oğuzda və başqa bölgələrdə qastrol səfərlərində oldu.  Əməkdar artistimiz Akif Mirabov bu il yenidən prezident mükafatına,  ədəbi hissə müdiri  Mədinə Abbasova "Fəxri mədəniyyət işçisi" döş nişanına layiq görüldü. Mingəçevir şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və idman idarəsi , gənclər təşkilatları istedadlı aktyor və aktrisalarımızı  diplom və fəxri fərmanlarla təltif  etdilər. Mətbuat bizdən diqqətini əsirgəmədi. Ən böyük dəstəyi isə həmişə olduğu kimi tamaşaçılarımızdan aldıq.

Məqalə Qiyməti